main-post-cover

    Dünyanın ən böyük günəş elektrostansiyasının inşasına start verildi

    Elm & Texnologiya
    29.03.2018
    Farid Pardashunas
        Dünyanın ən böyük günəş elektrostansiyasının qiyməti də kiçik olmayacaq. Belə ki, onun inşasına 200 milyard dollar vəsait xərclənəcək. Sözügedən günəş elektrostansiyasının inşası ilə Səudiyyə Ərəbistan və Yaponiyanın texnologiya nəhəngi SoftBank məşğul olacaqlar. Güman olunur ki, yeni layihə 2030-cu ilə kimi 200 giqavatt yüksək gücə çatacaq. Bu göstərici isə hal-hazırki belə layihələrdən 100 dəfə çoxdur. Hal-hazırda dünyanın ən böyük günəş elektrostansiyası Çinin Tengger adlı səhrasında yerləşən günəş parkı hesab olunur. O, 1500 megavatt enerji istehsal etməyə qadirdir.

        Yeni layihəyə olan böyük investisiya məbləği Səudiyyə Ərəbistana neft asılılığından azad etməyə yardımçı olacaq. Hal hazırda bütün Səudiyyə Ərəbistanı 77 giqavatt enerji sərf edir. 200 giqavatt enerji isə hətta ökədaxili istifadə üçün çox böyük göstəricidir. Buna görə də ölkə rahatlıqla bu enerjini digər ölkələrə sata bilər. 200 milyard dollar dəyərində investisiya günəş batareyaları, enerji saxlama batareyaları və günəş batareyalarının istehsal zavodunun inşası üçün yetərli olacaq. Günəş parklarından birincisinin inşasına bu il start veriləcək. Elektroenerjinin inşasına isə 2019-cu ildə start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər