Dubay özünün Dubaicoin adlı fərdi kriptovalyutasını istifadəyə verib

Dubay özünün Dubaicoin adlı fərdi kriptovalyutasını istifadəyə verib

Texnologiya
28.05.2021 PAYLAŞIM

    Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubay özünün Dubaicoin (DBIX) adlı fərdi kriptovalyutasını istifadəyə verib. Sözügedən kriptovalyuta ictimai blockchain sistem əsasında qurulub və mayninq prosesi sayəsində generasiya olunur. Perspektiv cəhətdən Dubaicoin ödəniş vasitəsinə və investisiya aktivinə çevrilə bilər. Arabchain Technology adlı startap tərəfindən yaradılmış bu rəqəmsal valyuta ölkənin ilk ictimai blockchain sistemi olub. Crypto.com saytının verdiyi məlumata əsasən 26 maydan indiyənə kimi kriptovalyutanın dəyəri 1000% yüksəlib. Yəni onun qiyməti 0.17$-dan 1.13$-a yüksəlib.

    “Banklar tərəfindən təmin edilmiş ənənəvi valyutalar əvəzinə yaxın zamanda həm mağalazarda həm də internetdə bəzi məhsul alışı ilə xidmət göstərilməsinin ödənişində Dubaicoin-dən istifadə etmək mümkün olacaq. Rəqəmsal valyutanın dövriyyəsi həm şəhərin özü həm də səlahiyyətli brokerlər tərəfindən nəzarətdə saxlanılacaq” - deyə Arabchain Technology şirkəti bildirib. Qeyd etmək lazımdır ki, Dubaicoin birjalarda hərraclar üçün hələ istifadəyə verilməyib və hələ mərkəzi bankların digər rəqəmsal valyutalarının analoquna çevrilməyib. Fərdi kriptovalyutasını istifadəyə verib onu test etməklə məşğul olan ilk ölkə Çindir. Yaxın gələcəkdə ABŞ, Hindistan, Böyük Britaniya və hətta Avropa Birliyi də fərdi rəqəmsal valyutalarını yarada bilərlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.

×