main-post-cover

    Donald Trump yenidən Apple şirkətini sərt şəkildə tənqid etdi

    Elm & Texnologiya
    16.01.2020
    Farid Pardashunas
        ABŞ prezidenti Donald Trump öz Twitter hesabında Apple şirkətini yenidən sərt tənqid edib. Bunun əsas səbəbi isə Apple şirkətinin Məhəmməd Səid Əlşəmran adlı şəxsin iPhone smartfonunu blokdan çıxarılmasından imtina etməsi olub. Qeyd etmək lazımdır ki, həmin şəxs Florida ştatındakı hərbi dəniz bazasına hücum etmişdir. Bu barədə Gagadget saytı xəbər verib.
        “Biz hamımız Apple şirkətinə ticarətdə və digər məsələlərdə yardımçı oluruq. Lakin şirkət cinayətkarlar, narkotik alverçiləri və digər qanunsuz elementlərinin iştirakçılarının smartfonlarını blokdan çıxartmaqdan imtina edir. O indi bizim böyük ölkəmizə yardımçı olacaq. Yenidən Amerikanı böyük edək” - deyə Donald Trump qeyd edib.
        Donald Trump ilə birlikdə Apple şirkətini həmçinin ABŞ-ın general prokuroru William BarrFBI direktorunun müavini David Bowdich də tənqid ediblər. Apple şirkətinin təmsilçiləri isə Donald Trump-ın tənqidinə heç bir reaksiya verməyiblər. Qeyd etmək lazımdır ki, Apple şirkəti əvvəllər də bu cür məsələlərdə ABŞ hökumətinə və hüquq-mühafizə orqanlarına yardım etməkdən imtina edib. Bunun əsas səbəbi isə şirkət müştərilərinin şəxsi həyatlarının toxunulmazlığıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər