main-post-cover

    DNT əsasında fayl mübadiləsi sisteminin ilk prototipi yaradılıb

    Elm & Texnologiya
    16.06.2020
    Emil Nəcəfov
        Bir çox digər mövzularda olduğu kimi məlumatların saxlanması məsələsində də təbiət müasir texnologiyaları çox geridə qoyub. Məsələn, 1 qram DNT özündə 215 milyon GB məlumat saxlaya bilir. DORIS adlı yeni texnologiya sayəsində DNT-də süni şəkildə yaradılmış məlumatların saxlanması sistemləri məlumatları otaq temperaturu şəraitində oxuya və yaza bilirlər. Sözügedən proses zamanı ilk dəfə olaraq nukletoid zəncirləri zədələnmirlər. Bu barədə Hightech.plus saytı xəbər verib. Bədənimizin hər bir hüceyrəsi inanılmaz sayda məlumat ilə zəngindir. Həmin məlumatlar isə DNT-də şifrələniblər.

    Əgər biz bu özəlliyin potensialında tam istifadə edə bilsək, internetdə olan bütün məlumatların (təqribi olaraq 700 milyard GB) ayaqqabı qutusu ölçüsündə olan məlumat saxlanması sisteminə yerləşdirmək olar.

        Böyük həcm ilə yanaşı DNT həmçinin məlumatların uzunmüddətli saxlanması ilə də üstünlük təşkil edir. Ən etibarlı sərt və Blu-Ray disklər bir neçə 10 ildən sonra yararsız hala düşürlər. DNT-də olan hansısa məlumat isə milyonlarla ildən sonra da oxunula bilər. Təəssüflər olsun ki, günümüzdə DNT-də məlumatların saxlanması texnologiyasının praktik dəyəri çox aşağıdır. Bunun əsas səbəbi isə bu cür sistemə məlumatların yazılmasının və oxunulmasının qəliz bir proses vasitəsilə həyata keçirilməsindədir.
        Lakin ABŞ-ın Şimali Karolina Universitetinin mütəxəssislərinin tədqiqatları bu sahədə inkişafın olacağına ümid verir. Hal hazırda mövcud olan DNT-də saxlama sistemlərinin çoxunun əsasında polimeraz zəncir reaksiyası (PCR) dayanır. Bu reaksiya yaddaşa yazılmış məlumatların əldə olunmasına imkan verir. Məlumat DNT zəncirlərində şifrələnir və həmin zəncirlər genetik sistemdə müstəqil şəkildə mövcudluğunu davam etdirirlər. Müəyyən DNT fraqmentlərinin qoşulması, fayllara adların verilməsini mümkün edir. Bu üsul ilə faylların axtarılması prosesi sadələşir.

    Məsələ burasındadır ki, bu prosesi reallaşdırmaq üçün ilk növbədə DNT zəncirlərinin olduqları genetik sistemi qızdırmaq və daha sonra həmin sistemi soyutmaq lazımdır.

        Lakin bu proses faylların zədələnməsinə səbəb olur. DORIS adlı yeni yaradılmış üsul isə sözügedən proses olmadan çalışır. Məlumatların adları qismində çıxış edən fraqmentlər bir DNT zəncirinin quyruğundan ibarətdirlər. Bu isə öz növbəsində məlumatların olduqları zəncirlər açmadan lazımı faylları tapmaqda sistemə yardımçı olur. Başqa sözlə desək, DORIS adlı yeni texnologiya otaq temperaturu şəraitində çalışa bilir. Bu özəllik məlumatların DNT-də saxlanması texnologiyasının reallığa çevrilməsinə bir addım da yaxınlaşdırır. Bundan əlavə olaraq DORIS bu texnologiyanın informasiya sıxlığını yüksəldr və faylın oxunması zamanı orijinal faylı udmur. Bu halda istifadəçi faylın adını dəyişə, silə və ya başqa istifadəçidən gizlədə bilər. Beləliklə alimlər tərəfindən yaradılmış funksional prototip sözügedən ideyanın mümkün ola biləcəyini sübut edib.
    Linki kopyala