main-post-cover

    Diqqəti cəlb edən orta büdcəli prosessor: Snapdragon 765-in texniki özəllikləri təqdim olundu

    Elm & Texnologiya
    05.12.2019
    Farid Pardashunas
        Dünən Qualcomm şirkəti Snapdragon 865 flaqman prosessor modelindən əlavə olaraq Snapdragon 765 adlı orta büdcəli prosessoru da təqdim etdi. İndi isə şirkət 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış bu prosessorun bütün texniki özəlliklərini təqdim edib. Qeyd etmək lazımdır ki, orta büdcəli prosessor iki versiyada təqdim olunub. Onlardan biri Snapdragon 765, digəri isə Snapdragon 765G adlanır. Bu barədə Wccftech saytı xəbər verib.
        Beləliklə Snapdragon 765 prosessoru 8 nüvəyə sahibdir: 2.3 GHz tezlikdə çalışan 1 ədəd Kryo 475 Prime (Snapdragon 765G üçün 2.4 GHz tezlikdə çalışan), 2.2 GHz tezlikdə çalışan 1 ədəd Kryo 475 və 1.8 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsi. Snapdragon 765 modeli özündə Adreno 620 qrafik çipini birləşdirir. Şirkətin verdiyi məlumata əsasən yeni qrafik çip Snapdragon 730-da olan Adreno 618-dən 20% daha güclüdür.
        Snapdragon 765 prosessoruna sahib smartfona quraşdırıla bilən maksimal RAM göstəricisi 12 GB-dır. Əlavə olaraq orta büdcəli prosessor həmçinin 27 vatt gücündə olan QuickCharge 4+ adlı sürətli şarj texnologiyasını da dəstəkləyir. Sözügedə prosessor 60 Hz tezlikli Quad HD+ və 120 Hz tezlikli Full HD+ keyfiyyətli ekranları, 192 MP-lik kameraları və 4K keyfiyyətli HDR videoların çəkilməsini dəstəkləyir.
        Snapdragon 765-də həmçinin 5-ci nəsil AI Engine texnologiyasından istifadə olunur. Bu texnologiya isə real zaman ərzində fotoların emal olunması imkanını verir. Yeni orta büdcəli prosessor X52 adlı 5G modem ilə də təchiz olunub. O, əvvəlki nəsil şəbəkəni və 5G şəbəkəsini dəstəkləyir. Nəzəri olaraq bu modemin download potensialı saniyədə 3 GBit-dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər