main-post-cover

    Digər brendlərin smartfonlarını istifadə etmiş alıcılar aktiv şəkildə Mi 10-a keçirlər

    Elm & Texnologiya
    17.02.2020
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə təqdim edilmiş Mi 10 flaqman smartfon seriyasının ilk partiyası 1 dəqiqə ərzində satılmışdı. Lakin bu, şirkətin əldə etdiyi yeganə nailiyyət deyil. Belə ki, şirkətin ictimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri olan Xu Jieyun bildirib ki, Mi 10 seriyasının əldə etdiyi daha bir rekord göstərici əvvəllər digər brendlərin məhsullarına üstünlük verən alıcıların yüksək faiz göstəricisidir. Bu barədə Gizchina saytı xəbər verib. Top menecerin verdiyi məlumata əsasən Mi 10-u ön sifariş etmiş alıcıların 40%-i daha öncədən digər brendlərin məhsullarından istifadə edirdi. Bununla yanaşı o qeyd edib ki, yeni smartfon modelinin satış göstəriciləri şirkətin gözlədiyindən daha yüksək olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər