main-post-cover

    Crew Dragon-un təhlükəsizlik sistemlərini yoxlamaq üçün SpaceX Falcon 9-u göydə partlatdı (VİDEO)

    Elm & Texnologiya
    20.01.2020
    Farid Pardashunas
        SpaceX şirkəti NASA ilə birlikdə Crew Dragon kosmik gəmisinin test uçuşunu keçirdib. Test uçuşu çərçivəsində sərnişin kapsulunu göyə qaldırmış Falcon 9 raketi 20 km hündürlükdə partlayıb. Lakin bu dəfəki partlayış hadisəsi təsadüfi olmayıb. Belə ki, bu proses öncədən planlaşdırılıb və kosmik gəminin qəza sistemlərinin yoxlanılması üçün reallaşdırılıb. Bu barədə Engadget saytı xəbər verib.
        Raketin işə salınması pilotsuz rejimdə keçirilib. Sonrakı partlayış və raketin məhv edilməsi prosesi isə uçuşların idarəolunması mərkəzindən reallaşdırılıb. Beləliklə qəzanın ola biləcəyi halda Crew Dragon kosmik gəmisinin raketdən ayrılması sistemi test edilib. Nəticədə sərnişin kapsulu raketdən uğurlu şəkildə ayrılaraq Atlantik okeanın səthinə paraşütlər vasitəsilə eniş edib. Testlərdən sonra keçirilmiş press konfrans çərçivəsində SpaceX və NASA təmsilçiləri BKS-ə (Beynəlxalq Kosmik Stansiya) ediləcək ilk idarəolunan uçuşun nə zaman reallaşdırılacağı üzrə təqribi tarixi səsləndiriblər.
        “Biz güman edirik ki, daxilində astronavtların olacaqları sərnişin kapsulunun ilk uçuşunu reallaşdırmaq üçün nəzərdə tutulmuş təchizatlar fevral ayının sonunda hazır olacaqlar. Buna baxmayaraq hələ çox iş var. Belə ki, texnika 3 dəfə, hətta 4 dəfə yoxlanışdan keçməlidir. Biz düşünürük ki, təchizatlar bu ilin birinci rübündə hazır olacaqlar. Çox güman ki, fevral ayında. İdarə olunan ilk uçuş ikinci rübdə keçirilə bilər” - deyə təmsilçilər qeyd ediblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər