CO2-nin havadan yığılması üzrə dünyanın ən böyük zavodu istifadəyə verilib (VİDEO)

CO2-nin havadan yığılması üzrə dünyanın ən böyük zavodu istifadəyə verilib (VİDEO)

Texnologiya
13.09.2021 PAYLAŞIM

    Havadan CO2 qazının yığılması üzrə İslandiyada dünyanın ən böyük zavodu istifadəyə verilib. Gözləntilərə əsasən bu zavod il ərzində havadan 4000 ton CO2 qazını yığaraq onu neytrallaşdıracaq. Zavodu istifadəyə vermiş Climeworks şirkətinin ilk planı 2025-ci ilə kimi 300 milyon ton CO2 qazının yığılması idi. Bu isə bütün dünya üzrə CO2 ifrazının 1%-ni təşkil edir. Lakin İslandiyada istifadəyə verilmiş Orca adlı zavod daha diqqətə layiq nəticələr sərgiləyir.


    2021-ci ilin yekunu üzrə gözləntilərə əsasən sözügedən zavodun il ərzində CO2 yığımı 4000 tona çatacaq. 2030-cu ilə kimi isə bu göstərici il ərzində 500.000 ton ola bilər. Bu zavodun iş prosesinə havadan CO2 qazının yığılması və onun Carbflix adlı maye ilə birləşməsidir. Mütəxəssislərin sözlərinə əsasən bu üsul ilə CO2 ətraf mühitdən tamamilə aradan qaldırılacaq. Beləliklə sözügedən zavod insanların ekologiyaya təsirlərini aşağı salacaq.

    Qeyd etmək lazımdır ki, Climeworks şirkəti təkcə ətraf mühitin qorunması məsələsinə görə bu işlə məşğul deyil. Məsələ burasındadır ki, böyük şirkətlər üçün zərərli qaz ifrazının 1 ton üçün qiyməti 600$, kiçik startaplar üçün isə 1200$ təşkil edir. Climeworks şirkəti bu məsələdə kvotaların satılmasını planlaşdırır. 2030-cu ilə kimi isə kompensasiya qiyməti 300$-a endiriləcək. Sözügedən zavod artıq bir sıra ekoloqlarda suallar yaradıb. Onların fikirlərinə əsasən zərərli qaz ifrazının aşağı salınmasının yerinə böyük şirkətlər Climeworks və ona bənzər digər layihələrdən sadəcə olaraq kvotalar alacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..


Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİD..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak fərdi kosmik şirkətini yaratdığını elan ed..

×