main-post-cover

    Çinlilər eyni anda müxtəlif növ süni zəkanın işini dəstəkləyən çip yaratdılar (VİDEO)

    Elm & Texnologiya
    01.08.2019
    Farid Pardashunas
        Çinli tərtibatçılardan ibarət komanda FCore adlı unikal hesablama arxitekturasına sahib Tianjic çipini yaradıb. Adətən müxtəlif növ süni zəka alqoritmləri üçün müxtəlif növ arxitekturalardan istifadə edilir. Lakin Tianjic adlı çipdə eyni anda müxtəlif növ süni zəka alqoritmini işə salmaq olur. Bu barədə Digger.ru saytı xəbər verib. Tianjic çipinin üstünlüklərini sərgiləmək üçün tərtibatçılar pilotsuz velosiped yaradıblar və həmin velosipeddə 3 müxtəlif alqoritmi işə salıblar.

        Nəticədə velosiped obyektləri təyin edə, insanı izləyə və həmin insanın səsli əmrlərini yerinə yetirə bilirdi. Süni zəkanın inkişafı ənənə üzrə iki istiqamətdə gedir: Machine learning və neyron şəbəkə imitasiyası. Hər bir istiqamət özünün çoxlu sayda qollarına sahibdir. Müəyyən alqoritm konket tapşırığın yerinə yetirilməsi üçün yaradılanda o, daha yaxşı nəticələr əldə edir. Prosessorlar süni zəka imkanlarının təkmilləşdirilməsi istiqamətində istehsal olunurlar.
        Tianjic elə bir konstruksiyaya sahibdir ki, onun ayrı-ayrı FCore prosessorları süni zəkanın müxtəlif növlərinin məlumat emalı arasında keçid edə bilirlər. Tianjic həmçinin hibrid rejimdə də çalışa bilir. Yəni çip bir sistemdən əldə olunmuş məlumatları elə şəkildə təqdim edir ki, həmin məlumatlar digər sistem tərəfindən anlaşılan olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər