main-post-cover

    Çinli satıcılar qatlana bilən Galaxy Fold'u ikiqat baha qiymətə satırlar

    Elm & Texnologiya
    17.09.2019
    Farid Pardashunas
        Bütün texniki problemləri həll edəndən sonra Samsung şirkəti sonunda qatlana bilən Galaxy Fold smartfonunu satışa çıxartdı. Smartfon hələki Cənubi Koreyada satılır və onun rəsmi qiyməti 2010$ təşkil edir. Lakin çinli satıcılar həmin smartfonu daha baha qiymətə təklif edirlər. Bu barədə Forbes saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Cənubi Koreyada Galaxy Fold smartfonu 1000 ədəd cihaz partiyasında satışa çıxıb.
        Hətta yüksək qiymət göstəricili bu smartfon üçün bu cür partiya sayı çox azdır. Buna görə də bazarda sözügedən smartfonun çatışmazlığı problemi yaşanıb. Bir neçə ədəd Galaxy Fold-u əldə etməyi bacarmış çinli alverçilər isə onları istənilən alıcıya sata bilərlər. Lakin onların təqdim etdikləri qiymət göstəricisi rəsmi qiymətdən iki dəfə çoxdur.
        Belə ki, çinli satıcılar Galaxy Fold-u 4855$-a təqdim edirlər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Galaxy Fold-un qara bazardakı qiyməti aşağı düşəcək. Belə ki, artıq sabah smartfon rəsmi olaraq Almaniyada, Fransada və bir sıra digər Avropa ölkələrində satışa çıxacaq. 1 həftə sonra isə smartfon ABŞ bazarında satışa çıxmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər