main-post-cover

    Çinin Space Transportation şirkəti adi sərnişinlər üçün nəzərdə tutulmuş suborbital təyyarəni sərgiləyib

    Elm & Texnologiya
    09.11.2022
    Farid Pardashunas
        Çinin Space Transportation şirkəti artıq müəyyən müddətdir ki, adi sərnişinlər üçün nəzərdə tutulmuş raket mühərrikli suborbital təyyarə üzərində çalışır. Gözləntilərə əsasən bu cür suborbital təyyarə növləri gələcəkdə hal hazırki kiçik ölçülü biznes təyyarələri əvəz edəcəklər. Baş tutmuş Airshow China 2022 sərgisi çərçivəsində Space Transportation təmsilçiləri suborbital təyyarə vasitəsilə uçuşların necə rellaşdırılacağını video vasitəsilə sərgiləyiblər. Hazırlanan suborbital təyyarənin texniki özəllikləri barəsində məlumat verilməyib.
        Lakin videodan da görmək olar ki, sözügedən sistem iki ədəd sürətləndirici raketdən (böyük ehtimal ilə çox istifadəli) və suborbital uçuşlar üçün nəzərdə tutulmuş təyyarənin özündən ibarət olacaq. Uçuşun böyük hissəsi atmosferin yuxarı laylarında keçəcək. Şirkət təmsilçiləri əmindirlər ki, bu cür suborbital təyyarə 1 saat ərzində 7000 km yol qətt edə bilər. Şanxaydan Dubaya kimi olan məsafə məhz bu qədərdir. Daha əvvəlki məlumatlarda qeyd edilmişdi ki, bu sistemin yerüstü testlərinə 2023-cü ildə start veriləcək. İlk uçuş isə 2024-cü ilə planlaşdırılır. Kommersiya məqsədli uçuşlar artıq 2025-ci ildə başlaya bilər.
    Linki kopyala