main-post-cover

    Çində Tesla Model Y iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzasına səbəb olub (VİDEO)

    Elm & Texnologiya
    15.11.2022
    Farid Pardashunas
        Tesla Model Y elektromobili Çinin Quandun əyalətində yol qəzasının baş verməsinə səbəb olub. Baş vermiş yol qəzası nəticəsində iki nəfər həyatını itirib. Tesla Model Y elektromobilinin iştirakı ilə yol qəzası 5 noyabr tarixində baş verib. Video izləmə kameralarından əldə edilmiş görüntülərə əsasən Tesla Model Y elektromobili park olunmağa çalışıb. Lakin elektromobil ani şəkildə yüksək sürət yığaraq iki zolaqlı yolda hərəkət etməyə başlayıb. Zolaqlar arasında manevr edərək elektromobil öz yolunda digər avtomobillərə, motosikletlərə və velosipedlərə zərər vurub. Elektromobilin bu şəkildə qətt etmiş olduğu 2.5 km-lik yolun sonunda o, vitrinlə toqquşub.
        Məlumatda qeyd edilib ki, hadisə zamanı Tesla Model Y-ın daxilində 55 yaşlı sürücü olub. O, sağ qalsa da ciddi xəsarətlər alıb. Məlumata əsasən elektromobilin tormozlanma sistemində problemlər yaranıb. Bu barədə sürücünün ailəsi məlumat verib. Tesla şirkətinin verdiyi məlumata əsasən isə hadisə zamanı tormozlanma pedalı istifadə edilməyib. Şirkət bu məlumatı elektromobilin daxili kompüterindən əldə edib. Lakin təqdim edilmiş videodan da görmək olar ki, elektromobilin tormozlanma işıqları müəyyən anlıq yanıblar. Hal hazırda bu hadisə üzrə istintaq aparılır və Tesla bu istintaqa mümkün olduğu dərəcədə yardım edəcəyini açıqlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər