main-post-cover

    Çin də özünün Hyperloop nəqliyyat növünü inşa edəcək

    Elm & Texnologiya
    30.08.2017
    Farid Pardashunas

    Çinin aerokosmik korporasiyası CASIC (China Aerospace Science and Industry Corp), özünün Hyperloop nəqliyyatını yaradacağını elan edib.

    CASIC tərəfindən yaradılacaq Hyperloop, Xubey vilayətinin Uxan şəhərində inşa ediləcək. İnşa ediləcək Hyperloop, maqnit relslərlərdən ibarət olacaq. Sərnişin kapsulları isə bəzən tunellər, bəzən isə yerin üzərində olacaq vakuumlu borular vasitəsilə hərəkət edəcəklər. Güman olunur ki, sərnişin kapsulunun sürəti saatda 1000 km olacaq. CASIC, Çində ilk, dünya üzrə isə Hyperloop TransportationHyperloop One şirkətlərindən sonra üçüncü müəssisədir ki, bu cür texnologiyanın yaradılmasını elan edib. CASIC təmsilçilərinin sözlərinə görə korporasiya, sistem mühəndisliyi və səs sürətli nəqliyyat vasitələrinin hazırlanması sahəsində yaxşı təcrübəyə sahibdir. Qeyd etmək lazımdır ki, CASIC, NASA-nın, Çindəki analoqudur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər