Cihazlara toz ilə enerji təmin edilməsi mümkün olacaq
Elm & Texnologiya
13.08.2017
Orxan Jafarli
ABŞ ordusunu
cihazların ehtiyat batareyalarının meydana gətirdiyi yükdən qurtarmaq istəyən
elm insanları, suyla təması halında yüksək miqdarda enerji istehsal edən bir
toz inkişaf etdirdiklərini açıqladılar.Həyatımızın imtina edilməz bir parçası halına gələn
smartfonlar və tablet kimi mobil cihazların son illərdə olduqca təsirli bir şəkildə
istifadə edilməyə başlandığı sahələrdən biri də, silahlı qüvvələr yəni ordular
oldu.
Hərbi qulluqçuların işini olduqca asanlaşdıran bu mobil
cihazlar ilə yaşanan ən böyük çətinlik isə, batareyası tükəndiyində rabitə kəsildiyi
üçün ehtiyat batareya və ya güc qaynağı kimi əlavə cihazları daşımaq məcburiyyətində
qalmalarıdır.
ABŞ ordusunda vəzifəli mütəxəssislər, batareyaların meydana
gətirdiyi yükü yüngülləşdirmək üçün reallaşdırdıqları tədqiqatlarda, istifadə
etdikləri təcrübi vəsaitlərdən birisinin suyla təmas halında yüksək miqdarda
enerji istehsal etdiyini müəyyən etdilər.
Ubergizmo-ya görə ABŞ-ın Maryland əyalatində olan ABŞ Quru
qüvvələri tədqiqat laboratoriyasında vəzifəli mütəxəssislər, nanogalvanik
alüminium əsaslı bir tozu su ilə qarışdırdıqlarında, su üzərində qabarcıqlar
meydana gəldiyini fərq edərək daha ətraflı bir tədqiqat etməyə başladılar.
Mütəxəssislər ətraflı bir araşdırma nəticəsində meydana gələn
reaksiyanın, suyun oksigen və hidrogen elementlərinin bir-birindən ayrılmasına
səbəb olan bir hidrolizə nəticəsində olduğunu müəyyən etdilər.Az miqdarda su ilə qarışdırılan tozun oyuncaq bir tankı işlətməyi
bacardığını ifadə edən mütəxəssislər, təxminən 1 kiloqramlıq bir toz ilə yalnız
üç dəqiqə ərzində 220 kilovat enerji istehsal edilə biləcəyini hesabladıqlarını
ifadə edirlər.
Laboratoriyanın silah və vəsait tədqiqat direktorluğunu icra
edən fizikaçı Anit Giri, bu inkişafın olduqca həyəcan verici olduğunu ancaq
gündəlik həyatda istifadə edilməsinin hazırda mümkün olmadığını ifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)