Chrome brauzerinin digər qovluğunda mahnı və ya videonu işə salmaq üçün xüsusi düymə hazırlanır

08.07.2019 0 PAYLAŞIM 114 OXUNMA

    Techdows saytı aşkar edib ki, Google şirkəti öz Chrome brauzeri üçün musiqi və videoların işə salınması düyməsini test edir. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən düymə Chrome brauzerinin alətlər panelində yerləşəcək və istifadəçi həmin düymə vasitəsilə digər qovluqdakı video və ya musiqini işə sala və ya dayandıra biləcək. Bu yeni funksiya Global Media Controls adlanır və hal hazırda tərtibatçılar üçün olan Chrome Canary brauzerində test olunur.


    Həmin düyməyə klik edən zaman brauzerin URL hissəsində kiçik pəncərə açılacaq və video ilə musiqinin digər qovluqda olmasına baxmayaraq onları işə salmaq və ya dayandırmaq mümkün olacaq. Əgər sizdə Chrome Canary brauzeri varsa və siz bu yeni funksiyanı test etmək istəyirsinizsə, onda chrome://flags/ səhifəsinə daxil olmaq və həmin səhifədə Global Media Controls axtarışını etmək lazımdır. Daha sonra əldə olunmuş nəticəni aktiv etməklə brauzeri yenidən işə salmaq lazımdır. Məhz bundan sonra bu yeni düymə brauzerə əlavə olunacaq.


    Yeni funksiya hələki YouTube Vimeo videoservisləri və o cümlədən Apple ilə Spotify-dakı podcast səhifələri ilə çalışır. Yeni funksiyanın əsas Chrome brauzeri üçün nə zaman aktiv olacağı barəsində hələki bir məlumat yoxdur. Hər halda bu funksiya çox faydalıdır. Belə ki, istifadəçi videonu, musiqini dayandırmaq və ya dəyişdirmək üçün artıq digər qovluğa keçid etməli olmayacaq.