Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğul olacaqlar

Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğul olacaqlar

Texnologiya
29.11.2021 PAYLAŞIM

    Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da çıxış etməyə başlayıblar. Beləliklə smart robotlar uşaqları yüksək texnologiyaların hökm sürəcəkləri gələcəyə hazırlayacaqlar. Smart robotların uşaq bağçalarına inteqrasiya edilmələri pilot layihənin bir hissəsidir. Seul təmsilçilərinin sözlərinə əsasən yaradılmış yeni pilot layihəsi yeni nəsil insanları qəliz texnologiyalar ilə əhatə olunacaq yeni zamana hazırlayacaq. Alpha Mini adlı robot mahı oxuya, rəqs edə, maraqlı hekayələr danışa və hətta kunq fu döyüş sənətini öyrədə bilər.


    Onun ölçüsü olduqca kiçikdir. Belə ki, robotun hündürlüyü cəmi 24.5 sm təşkil edir. Sözügedən robot uşaqlara sadə hərəkətləri səgiləyir. Məsələn bunların arasına bir yaq üstə durmaq və ya əl və ayaqların köməkliyi ilə yerdən təkan hərəkətləri var. Daha sonra isə uşaqlar həmin hərəkətləri təkrar edirlər. Bu robotun mexaniki gözləri göz qırpmaq funksiyasına da sahibdirlər. Onlar uşaqlarla ünsiyyətdə olduqları zaman isə onların gözləri ürək formasına çevrilir. Alpha Mini həmçinin fotolar da çəkə bilir. Belə ki, robotun alın hissəsində kamera obyektivi yerləşdirilib.

    Çəkilmiş fotolar isə dərhal planşetə ötürülür. Bu robotlar Seulun 300 uşaq bağçasında istifadəyə veriləcək. Seul təmsilçiləri pilot layihəni 3 yaşından 5 yaşına kimi olan uşaqlar üçün məsləhət görüblər. “Gələcəkdə süni zəka və onunla bağlı alətlərdən necə istifadə etmək lazım olduğunu bilmək vacib məsələ olacaq. Biz düşünürük ki, uşaqların uşaq bağçalarında əldə etdikləri bu təcrübə onların bütün cavan və yetkinlik həyatlarına müsbət təsir göstərəcək” - deyə Seul təmsilçilərindən biri qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..

×