main-post-cover

    CAPTURE platforması - iş proseslərini optimallaşdırmaq üçün etibarlı həll

    Elm & Texnologiya
    21.05.2019
    Farid Pardashunas
        CAPTURE - hər hansı bir sənəd növündən (skan edilmiş sənədlər, fotoşəkillər, elektron sənədlər, məktublar və əlavələr) məlumatların intellektual emalı üçün universal bir platformadır. Bu həll sənədləri oxuyur, klassifikasiya edir, məlumatları çıxarır, düzgünlüyünü yoxlayır və şirkətin idarəetmə/informasiya sistemlərinə ötürür. CAPTURE proqram təminatının istifadəsi bütün biznes proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırır.
    Əməliyyat xərclərinin azaldılması - IS-də hər hansı mənbədən və sənəd növlərindən məlumatların avtomatik klassifikasiyası, tanınması və ixrac edilməsi.
    Qərar qəbulu vaxtının azaldılması - Məlumatların tez və dəqiq emal olunması idarəetmə qərarlarını sürətləndirir.
    Bütün mərhələlərdə nəzarət - Təkmilləşdirilmiş monitorinq və hesabat imkanları sənəd axınını idarə etməyə, şirkətin prioritetlərinə əsasən işçilərin işini təhlil etməyə və optimallaşdırmağa kömək edir.
        CAPTURE müxtəlif bizness proseslərin optimallaşdırılması üçün vahid bir korporativ platforma ola bilər.
        Bu proqram həmçinin arxiv işinin qurulması, köhnə sənədlərin digitizasiya işində ən peşəkar və əvəzsiz həlldir.
        Qeyd olunan proqram təminatı Azərbaycan bazarında Halal-P şirkəti tərəfindən təqdim olunur. Şirkət 1996-cı ildən fəaliyyət göstərir və banklar, ofislər, poliqrafiya müəssisələri üçün müxtəlif növ avadanlıq və peşəkər xidmətlər təklif edir. Şirkətin məhsulları və xidmətləri haqqında daha ətraflı məlumatı Facebook və LinkedIn rəsmi səhifələrində və ya (012) 497-10-21 nömrəsinə zəng etməklədə əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər