Bütün peyklər sıradan çıxarsa, Yer kürəsində nələr baş verər? (VİDEO)

Bütün peyklər sıradan çıxarsa, Yer kürəsində nələr baş verər? (VİDEO)

Texnologiya
21.06.2021 PAYLAŞIM

    Almaniya Aerokomsik Agentliyi (DLR) Yer kürəsinin orbitində yerləşən bütün peyklərin anidən sıradan çıxmaları halında nələrin baş verəcəkləri haqqında danışıb. Məlum olub ki, bu cür hadisənin baş verəcəyi halda insan sivilizasiyası onlarla illər bundan öncəki zamana qayıdacaq və Yer kürəsində informasiya ilə texnoloji çöküş yaşanacaq. “A Day Without Space” adlı videoda insan sivilizasiyasının kosmik texnologiyalardan necə asılı olduğu barəsində danışılır. Məsələn əgər Avropanın Galileo adlı sisteminin peykləri sıradan çıxsalar, vaxtın dəqiq təyini imkanı itiriləcək.


    Bu isə maliyyə böhranına səbəb olacaq. Belə ki, heç kim öz bank hesabından pul çıxarda bilməyəcək. Daha sonra elektroşəbəkələrdə problemlər yaşanacaq və təyyarələrin uçuşları mümkünsüz olacaq. Mobil şəbəkə və internet olmayacaq. Hava proqnozu isə qeyri-dəqiq olacaq. Hava temperaturunun, küləyin sürətinin və digər məlumatların proqnozlaşdırılmasının mümkünsüzlüyü dəqiq iqlim məlumatlarına əsaslanan bütün sahələr üçün uzunmüddətli mənfi təsirlər yaradacaq.

    Sürətli tədbirlər görən xidmətlərin çalışmalarında problemlər yaşanacaq. Belə ki, fövqəladə halların vaxtında həll edilməsi prosesi məhdudlaşacaq. Heç kim zəlzələnin gəlişini öncədən anlamayacaq. Meşə yanğınlarının söndürülməsi və daşqınların qarşısının alınması isə daha çətin olacaq. “Kosmik uçuşlar gələcək texnologiyaların inkişaflarında vacib rol oynayan amillərdən biri olublar. Bizim kosmik infrastrukturumuzun qorunması və inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Biz, biliklər üzərində qurulmuş qlobal cəmiyyətdə yaşayırıq və kosmos ən vacib baza və transformasiya xidmətlərini təqdim edir” - deyə DLR təmsilçiləri qeyd ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


“One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və istismarı sahəsin..

2014-cü ildən bəri fəaliyyət göstərən “One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və..


Analitiklər: 'Elon Musk Tesla brendi altında elektrikli uçuş aparatı istehsal et..

Görünür, Elon Musk yaxın gələcəkdə Tesla brendi altında təkcə elektromobil istehsal etmək niyyətində..


Jeff Bezos New Shepard kosmik gəmisi vasitəsilə ilk kosmik uçuşunu reallaşdırıb ..

Jeff Bezos özünün Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmik uçuşu real..


Sinqapurda dünyanın ən böyük üzən Günəş elektrostansiyalarından biri istifadəyə ..

Keçən həftə Sinqapurda dünyanın ən böyük üzən Günəş elektrostansiyalarından birinin açılışı baş tutu..


Mühəndislər fiber optik üzərindən məlumatların saniyədə 319 Tbit sürətlə ötürülm..

Yaponiyalı mühəndislər fiber optik naqillər vasitəsilə məlumatların saniyədə 319 Tbit (terabit) sürə..

×