main-post-cover

    Bütöv adaların və villaların kirayəsini mümkün edən Airbnb Luxe servisi istifadəyə verildi

    Elm & Texnologiya
    26.06.2019
    Farid Pardashunas
        Məşhur Airbnb servisi bütöv adaların və villaların kirayəsini mümkün edən Airbnb Luxe adlı servisi təqdim edib. Bu barədə Vc.ru saytı xəbər verib. Servisin verdiyi məlumata əsasən Airbnb Luxe-un bazasında 2000-dən çox elan var. Sözügedən servis Amerika, Avropa, Afrika, Asiya və Avstraliya da daxil olmaqla Havay, Karib adalarında və Alp dağlarında evlərin kirayəsini təklif edir. Bloomberg saytının məlumatına əsasən lüks bir evin 1 həftəlik kirayəsi 14.000$-a başa gələcək
        Hər bir müştəriyə isə menecer təqdim olunur və həmin menecer istirahət planlamasında yardımçı ola bilər. Məsələn hansısa restoranda stolun bron olunması və s. Servisdə hal hazırda olan ən bahalı yaşayış evi Taitinin yaxınlığında yerləşən Nukutepili adlı mərcan adasındadır. Həmin evin həftəlik kirayəsi isə 1 milyon dollara başa gəlir. Onun ərazisində 21 bunqalo var və müştərilərə 50 nəfərlik personal xidmət göstərir. Airbnb servisinin strateji direktorunun verdiyi məlumata əsasən Airbnb Luxe servisində təqdim olunmuş evlər məşhurlara və milyarderlərə məxsusdurlar.
        Həmin şəxslərin adlarının açıqlanmaması üçün Airbnb əməkdaşları onların özəl əşyalarını həmin evlərdə saxlamırlar. Hər bir ev isə 1 milyon dollar dəyərində sığortalanıb. Şirkət bildirib ki, Airbnb Luxe servisi elit daşınmaz əmlaka olan tələbatın ödənilməsi üçün nəzərdə tutulub. Şirkət Airbnb Luxe servisi üzərində 2017-ci ildə işləməyə başlamışdı. Məhz həmin ildə şirkət villaların kirayəsi ilə məşğul olmuş Luxury Tetreats adlı servisi almışdı. Məlumata əsasən Airbnb həmin servisi 300 milyon dollara almışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər