main-post-cover

    Bugün həyatını itirən məşhur fizik Stiven Hokinq fikirlərini necə çatdırırdı?

    Elm & Texnologiya
    14.03.2018
    Orxan Oguz
       Amiotrofik Skleroz xəstəliyinə yoluxan məşhur fizik Stiven Hokinqin hərəkət etdirdiyi yeganə yeri sağ yanağındakı kiçik əzələsi idi.
    Bəs bu əzələdən istifadə edərək Stiven Hokinq fikirlərini necə çatdırırdı?
       Bəli, səhv oxumadınız. Stiven Hokinq sağ yanağındakı kiçik əzələ hərəkəti və komputer köməyilə yazı yazaraq danışa bilirdi. Təbii ki, burada bir məqam diqqəti çəkir. Stiven Hokinq öz səsi ilə yox, yazdıqlarını səsləndirən proqram vasitəsilə söhbət edib, hətta konfrasda da çıxış edə bilirdi.
       Hal-hazırda AS və ya digər məhdudiyyətli şəxslərin ən çox istifadə etdiyi üsullardan biri EyeNavigator göz izləmə sistemidir. Bu sistem sayəsində xəstə sadəcə göz hərəkətlərindən istifadə edərək komputer vasitəsilə danışır və ətrafı ilə söhbət edə bilir. Bəs məşhur fizik necə danışırdı? Təbii ki, bu sualın cavabı sağ yanağındakı əzələ ilə bağlıdır. O, komputerlə əlaqə proqramı kimi Word Plus Inc şirkətinin EZ Keys proqramından istifadə edirdi. Bu proqramın çox mükəmməl söz ehtimal etmə xüsusiyyəti var idi. Stiven Hokinq eynəyinə bərkidilmiş yanaq əzələlərindən birinə təmas edən İnfrared Switch sayəsində komputerə əmrlər göndərirdi. Bu sistemə Single Switch Control adı da verilib. Yazdığı yazılar isə danışıq proqramı olan Speech+ istifadə edilərək səsləndirilirdi.
       Ruhu şad olsun!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər