main-post-cover

    Büdcəli Google Pixel smartfonlarının adları barəsində məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    15.03.2019
    Farid Pardashunas
        Biz artıq bilirik ki, Google şirkəti büdcəli Pixel smartfonları üzərində çalışır. Daha əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, büdcəli Pixel modelləri Google Pixel 3 Lite Pixel 3 Lite XL adları ilə satışa çıxacaqlar. Lakin görünür, bu belə olmayacaq. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, XDA-Developers saytının mütəxəssisləri yeni Android Q əməliyyat sisteminin Google Camera tətbiqinin kod hissəsində Sargo Bonito adlarını aşkar ediblər. Bunlar büdcəli Pixel smartfon modellərinin kod adlarıdır. Maraqlısı ondadır ki, kod hissəsinin digər yerlərində bu smartfonlar Pixel 3aPixel 3a XL kimi qeyd olunublar. Çox güman ki, büdcəli Pixel smartfonları məhz bu cür adlarla satışa çıxacaqlar.

        Son məlumat sızıntılarına əsasən Google Pixel 3a modeli plastik materialdan hazırlanmış korpus, Full HD+ keyfiyyətli 5.56 düym IPS ekran (ekran üzərində çıxıntı hissə olmadan), Snapdragon 670 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş həcmi, 12 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, Quick Charge 4+ sürətli enerji yığma texnologiyalı 2915 mAh enerji tutumlu batareya, USB-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Pixel 3a XL isə 6 düymlük ekran, Snapdragon 710 prosessoru və daha böyük həcmli batareya ilə adi Pixel 3a-dan fərqlənəcək. Məlumata əsasən büdcəli Pixel smartfonları yaz fəslində təqdim olunacaqlar. Ola bilər ki, smartfonlar Google I/O 2019 tədbirində təqdim olunsunlar. Smartfonların təqribi qiymətləri isə 400-500$ təşkil etməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər