main-post-cover

    Büdcəli Galaxy S10 Lite smartfonu barəsində yeni məlumatlar verildi

    Elm & Texnologiya
    20.11.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Ishan Agarwal büdcəli Galaxy S10 Lite smartfon modeli barəsində bəzi yeni məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Öz yeni məlumatında o təsdiq edib ki, SM-G770F model nömrəsinə sahib smartfon Snapdragon 855 prosessoru vasitəsilə çalşacaq. Bundan əlavə olaraq Galaxy S10 Lite modeli 48 MP + 5 MP + 12 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq.
        Son məlumat sızıntılarına əsasən Galaxy S10 Lite modeli Galaxy A91-in kopyası olacaq. Gözləntilərə əsasən smartfon Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi və 45 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy S10 Lite modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur. Lakin dəqiq olan odur ki, o, Galaxy S11 modelindən daha öncə təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər