main-post-cover

    Büdcəli Galaxy Fold-un sxematik fotosu təqdim oundu: Adi Galaxy Fold-dan necə fərqlənəcək?

    Elm & Texnologiya
    26.05.2020
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfon modelinin büdcəli versiyası üzərində çalışır. İndi isə həmin smartfonun sxematik fotosu ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Ishan Agarwal sözügedən smartfonun sxematik fotosunu təqdim edib. Beləliklə büdcəli Galaxy Fold modeli xarici görünüşcə aktual olan Galaxy Fold modelinə bənzəyəcək.
        O, adi Galaxy Fold dizaynında reallaşdırılacaq. Adi Galaxy Fold modelindən büdcəli versiyanı ikili arxa kamera və bildirişlər üçün nəzərdə tutulmuş kiçik xarici ekran fərqləndirəcək. Büdcəli modelin əsas ekranı isə adi Galaxy Fold-dakı kimi olacaq. Əvvəlki məlumat sızıntılarına əsasən Galaxy Fold Lite modeli Snapdragon 865 prosessoru vasitəsilə çalşacaq. Lakin smartfon 5G dəstəyini əldə etməyəcək. Galaxy Fold Lite bu il təqdim olunmalıdır. Lakin dəqiq təqdimat tarixi bilinmir. 
    Linki kopyala