main-post-cover

    Bu qorxulu robot canavar yapon fermerlərin təsərrüfatını ustalıqla qoruyur

    09.03.2018
    Orxan Oguz
       Son 8 ay boyunca, Yaponiyanın Kisarazu şəhəri yaxınlığında yaşayan fermerlər qorxulu görüntüsü ilə diqqət çəkən onlarla robot canavar əldə ediblər. Amma narahat olmağa dəyməz, çünki robot canavarlar fermerləri ziyana salmaq yox, onlara kömək etmək məqsədi daşıyırlar.
       Mühəndislərin, fermer təsərrüfatına ziyan verən heyvanlara qarşı hazırladıqları bu robotun rəsmi adı Super Canavar'dır. Onun ərsəyə gəlmə hekayəsi biraz bədbinlik doğurur. Belə ki, yazılı mənbələrdən əldə edilən xəbərə görə, 1800-cü ilin əvvəllərində Yaponiyada canavarların nəsli tamamilə tükənmişdi.
    Görəsən niyə?
       Çünki bu canlılar dövlət dəstəkli məhv etmə kompaniyasının qurbanına çevrilmişdilər. Hal-hazırda, Yaponiya fermaları maral və donuzların hücumuna məruz qalır. Onlar fermerlərin düyü və şabalıd əkinlərinə ziyan vurmağı çox sevirlər. Bu hal fermerlər üçün kabusdan başqa bir şey deyil.
       Və cəmi 200 il sonra fermerlər öldürülən canavarların əvəzinə robot canavarlardan yararlandılar. Ən sevindirici hal odur ki, Asahi Televiziyası növbəti aydan etibarən robot canavarların kütləvi istehsal olunacağı ilə bağlı rəsmi məlumat yayıb.
    Robot canavarların əsas üstünlüyü nədədir?
       Belə ki, olduğu yerin coğrafi şərtlərindən asılı olmayaraq robot canavar, 1 kv. km əraziyə öz təsirini göstərir. Amma, hal-hazırda hərəkətsiz olduğu üçün kütləvi istehsalına ehtiyac var. Yapon fermerlər bu canavarlara an etibarilə 4840 dollara sahib ola bilirlər. Təbii ki, qiymət biraz bahadır, amma istehsalçı şirkətin daha uyğun qiymətlərlə kirayə təklifləri olacaq.

       Robot canavar həqiqi canavarla təxminən eyni ölçülərə sahibdir. Eyni zamanda, çirkin sifət tükü və ağardılmış dişləri asanlıqla gözə çarpır. O, həmçinin öz fəaliyyətini davam etdirmək üçün Günəş şüası ilə enerji yığa və infraqırmızı işıq sensoru ilə çağırılmamış qonaqları müəyyən edə bilir. BBC xəbərinə görə robot canavar hansısa ziyanverici canlını hiss etdikdə onu qorxutmaq üçün silah, ulama və insan səsi də daxil olmaqla müxtəlif səslər çıxarır. Ətrafda, robotlardan xəbərsiz insanlar da bu səsdən qorxuya düşə bilərlər, amma, məncə həll yolunun tapılmasının hansısa çətinlikləri olmalıdır.
    Linki kopyala