main-post-cover

    Bu ilki iPhone modelləri 5G şəbəkəsini dəstəkləməyəcəklər

    Elm & Texnologiya
    17.06.2019
    Farid Pardashunas
        Apple məhsulları üzrə düzgün proqnozları ilə məşhurlaşmış analitik Ming-Chi Kuo öz bloqunda 2020-ci ildə təqdim olunacaq iPhone modelləri barəsində məlumat verib. Onun məlumatlarına əsasən 2020-ci ildə təqdim olunacaq 3 iPhone modelindən yalnız ikisi 5G şəbəkəsini dəstəkləyəcək. Bu barədə Macdigger saytı xəbər verib. Apple şirkətinin bu il təqdim edəcəyi iPhone modellərində isə çox güman ki, 5G dəstəyi ümumiyyətlə olmayacaq.
        2020-ci ildə alıcılar 3 iPhone modelindən birini seçə biləcəklər: 5.4 düym ekranlı, 6.1 düym ekranlı və 6.7 düym ekranlı (OLED ekran). 5G şəbəkə dəstəyi yalnız ən böyük ekran ilə ən kiçik ekrana sahib olacaq iPhone modellərində olacaq. Analitik onu da bldirib ki, Apple şirkəti hələki məcburiyyətdən Qualcomm şirkətinin 5G modemlərindən istifadə etməlidir. Lakin 2022-ci ildə şirkət özünün istehsalı olacaq 5G modemlərini təqdim edə bilər. Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, Apple Intel şirkətinin modem istehsalı ilə məşğul olan şöbəsini almağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər