main-post-cover

    Bu ilin əvvəlində kosmosa göndərilmiş Tesla Roadster Mars planetinin orbitinə yaxınlaşıb

    Elm & Texnologiya
    05.11.2018
    Farid Pardashunas
        Bu ilin Fevral ayında SpaceX şirkəti uğurlu şəkildə Falcon Heavy raketinin uçuşunu reallaşdırmışdı. Raketin eniş prosesində bəzi problemlər yaşansa da o, Tesla Roadster elektromobilini və onun daxilində olan Starman manekenini uğurla kosmosa göndərməyi bacarmışdı. Birlikdə onlar Mars planeti istiqamətində uçmağa başlamışdılar. İndi isə məlum olub ki, elektromobil Mars planetinin orbitini keçib. Beləliklə Tesla Roadster və onun daxilində olan Starman manekeni bir qədər də Mars planetinə yaxınlaşandan sonra öz orbiti üzrə Günəş, Merkuri, Venera, Yer və Mars planetləri ətrafında fırlanacaqlar. Növbəti dəfə elektromobil Yer kürəsinə 4 Noyabr 2020-ci il tarixindən tez yaxınlaşmayacaq. Yer kürəsinə maksimal dərəcədə yaxınlaşma isə 2091-ci ildən tez olmayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər