main-post-cover

    Bu alqoritmlərin hazırlanması qadağan edilir

    Elm & Texnologiya
    19.07.2018
    Bot Lala
    İyulun 13-19-da Stokholmda (İsveç) süni intellektə həsr edilən “International Joint Conference on Artificial Intelligence” konfransı keçirilir.
    Technote.az bildirir ki, tədbir zamanı “Future of Life Institute” qeyri-kommersiya təşkilatı tərəfindən ölümlə nəticələnən alqoritmlərin istehsalının qadağan edilməsi haqqında saziş tərtib olunub.
    Sənədi imzalayan şəxslər arasında “DeepMind” şirkətinin təsisçisi Demis Hassabis, sahibkar Elon Musk, Skype-ın təsisçisi Jan Tallin yer alıb.
    Sənədə ümumilikdə 164 təşkilat və 2410 nəfər imza atıb. Sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün mənəvi və praqmatik təhlükə yaradır.
    Mənəvi baxımdan insan həyatının sona çatması ilə bağlı qərarlar kompüterlər tərəfindən qəbul edilməməlidir. Praqmatik təhlükə ondan ibarətdir ki, insanın müdaxiləsi olmadan obyekti müstəqil seçən və ona tuşlanan ölümcül avtomatik silah hər bir ölkə və fərd üçün təhlükəlidir.
    Sənədi imzalayan Massaçusets Texnologiya İnstitutunun professoru Maks Teqmark bildirib ki, saziş süni intellekt sahəsində liderlərin əməli işə keçməsinin göstəricisidir.
    Onun sözlərinə görə, saziş siyasətçilərin hakimiyyətə malik olmadıqları sahədə – texnologiyaların hazırlanması sahəsində qadağanın tətbiqini nəzərdə tutur. Professorun fikrincə, alqoritmlərlə təchiz edilən silah da bioloji silah kimi təhlükəlidir və buna görə də ciddi tənzimlənməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər