main-post-cover

    Broadcom şirkəti Wi-Fi 6E standartını dəstəkləyən ilk mobil çipi təqdim etdi

    Elm & Texnologiya
    14.02.2020
    Emil Nəcəfov
        Broadcom şirkəti dünyada ilk dəfə Wi-Fi 6E naqilsiz şəbəkə standartını dəstəkləyən çipi təqdim etdi. Qeyd etmək lazımdır ki, Wi-Fi 6E standartı bu ilin əvvəlində Wi-Fi Alliance təşkilatı tərəfindən təqdim edilmişdi. Sözügedən standart minimal gecikməyə sahib yüksək sürəti və aşağı səviyyədə enerji sərfiyyatını təqdim edir. Bu barədə Mydrivers saytı xəbər verib. Wi-Fi 6E və Bluetooth 5 dəstəyinə sahib yeni Broadcom  BCM4389 çipi smartfonlarda istifadə üçün nəzərdə tutulub.
        Şirkət bu çipdə 5 qat yüksək sürəti, gecikmənin 2 qat aşağı salınmasını, enerjinin sərfiyyatının 5 qat aşağı salınmasını və Bluetooth vasitəsilə 2 qat sürətli bağlantının yaradılmasını reallaşdırıb. Əgər Wi-Fi 6 standartı çərçivəsində smartfonlarda məlumatların ötürülmə sürəti saniyədə 400 Mbit idisə, Wi-Fi 6E standartında bu göstərici saniyədə 2.1 Gbit olacaq. Bununla belə gecikmə sadəcə 2 millisaniyə təşkil edəcək.
        Tamamilə naqilsiz qulaqlıqların yüksək sürətlə məşhurlaşması fonunda BCM4389 çipində Bluetooth 5 dəstəyindən əlavə olaraq MIMO radarı da reallaşdırılıb. Broadcom-un verdiyi məlumata əsasən həmin radar aktivləşən zaman o, naqilsiz qulaqlıqlardakı bütün sistem nasazlıqlarını aradan qaldırır. Bundan əlavə sözügedən radar vasitəsilə Bluetooth cihazlarının axtarılması müddəti də aşağı düşür. Gözləntilərə əsasən BCM4389 çipi gələcək smartfon modellərinə inteqrasiya olunacaq. 
    Linki kopyala