main-post-cover

    Böyük uğurun səbəbi məlum oldu: Huawei Çin hökumətindən 75 milyard dollar investisiya əldə edib

    Elm & Texnologiya
    27.12.2019
    Farid Pardashunas
        ABŞ sanksiyaları və digər problemlərə baxmayaraq Huawei şirkətinin satışları artmağa davam edir və o, dünyanın ikinci ən böyük smartfon istehsalçısı olaraq qalır. Lakin The Wall Street Journal saytının verdiyi məlumata əsasən bu uğurun əldə olunmasında Çin hökumətinin də payı var. Məlumatda qeyd edilib ki, şirkət Çin hökumətindən 75 milyard dollar investisiya əldə edib. Bu, qrantlar, kreditlər, vergi imtiyazları və digər maliyyələşdirmə formalarıdır. Qeyd etmək lazımdır ki, bu, 25 il ərzində şirkət tərəfindən əldə edilmiş ümumi maliyyələşdirilmə məbləğidir.
        Lakin buna baxmayaraq Çin hökuməti tərəfindən yatırılmış investisiya Huawei şirkətinin digər rəqiblərinin öz ölkələrindən əldə etmiş olduqları investisiyalardan daha yüksəkdir. Sözügedən investisya məbləğinin 46 milyard dollarını şirkət kredit xətti, borclar və yerli banklar tərəfindən edilmiş digər maliyyələşdirilmə üsulları ilə əldə edib. Bundan əlavə olaraq Huawei Çin hökumətinin texnoloji sektoru inkişaf etdirmək təşəbbüsü çərçivəsində 2008-ci ildən 2018-ci ilə kimi vergi məsələsində 25 milyard dollar vəsait qənaət edib. Bununla yanaşı şirkət 1.6 milyard dolları qrantlar şəklində, 2 milyard dolları isə torpaq sahələrinə endirim şəklində əldə edib.
        Həmçinin Çin bankları 10 il ərzində Huawei müştərilərinə 30 milyard dollar dəyərində kredit təqdim edib. Dünya bankının məlumatına əsasən vəsaitlər aşağı faiz göstəricisi ilə verilirdilər. Bəziləri həmin vəsaitləri 3% göstərici ilə əldə ediblər. Burdan da belə qənaətə gəlmək olar ki, ABŞ hökumətinin Huawei şirkətini Çin hökumətinə çalışması iddiaları heç də əsassız deyillər. Huawei şirkəti tez bir zamanda bu məlumata reaksiya verərək qeyd edib ki, o həqiqətən də dövlət dəstəyini əldə edib. Lakin bunlar fərdi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş kiçik subsidiyalar olublar. Şirkət onu da qeyd edib ki, dövlət tərəfindən vergi imtiyazları və digər dəstəklər həmçinin başqa şirkətlərə də edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər