main-post-cover

    Böyük məlumat sızıntısı: iPhone 12 Pro Max-ın sxematik və render fotoları təqdim olundu

    Elm & Texnologiya
    17.04.2020
    Emil Nəcəfov
        EverythingApplePro adlı məşhur Youtube kanalının müəllifi bu il təqdim olunacaq iPhone 12 Pro Max smartfon modeli barəsində yeni məlumatlar əldə edib. Belə ki, Youtube kanalının müəllifi iPhone 12 Pro Max modelinin sxematik fotolarını əldə edib və onun əsasında hazırlanmış render fotolarını təqdim edib. Müəllifin sözlərinə əsasən bütün bu məlumatları o, XDA-Developers saytının baş redaktoru Max Weinbach-dan əldə edib. Qeyd etmək lazımdır ki, Max Weinbach-ın insayder məlumatları isə çox zaman doğru olurlar. Bu barədə 4pda saytı xəbər verib.
        Max Weinbach-ın sözlərinə əsasən o, 6.7 düym ekrana sahib iPhone 12 Pro Max smartfon modelinin sxematik və render fotolarını əldə edib. O qeyd edib ki, təqdim edilmiş fotolarda smartfonun final dizaynı əks olunmayıb və nəticədə smartfon bir qədər fərqli şəkildə təqdim oluna bilər. Lakin buna baxmayaraq artıq indidən iPhone 12 Pro Max-ın dizaynı barəsində bəzi təsəvvürləri yaratmaq olar. Əldə edilmiş məlumata əsasən iPhone 12 Pro Max modeli xarici görünüşcə iPad Pro-ya və iPhone 5-ə bənzəyəcək.
        iPhone 11 Pro Max modelindən fərqli olaraq iPhone 12 Pro Max modeli bir qədər nazik olacaq. Lakin smartfonun arxa kamera hissəsinin gövdə üzərində çıxıntısı daha çox olacaq. Fotolardan da görmək olar ki, üçlü arxa kameranın yanına həmçinin LiDAR skaneri də əlavə edilib. Əvvəlki iPhone modellərindən fərqli olaraq yeni iPhone 12-nin ekran üzərindəki çıxıntı hissəsi bir qədər balacadır. Daha öncəki məlumatlara əsasən koronavirus pandemiyası səbəbilə iPhone 12 seriyasının smartfonları bir qədər gecikmə ilə satışa çıxacaqlar. Lakin smartfonların təqdimatları sentyabrda keçiriləcək.
    Linki kopyala