main-post-cover

    Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətini dayandırır

    Elm & Texnologiya
    08.08.2020
    Farid Pardashunas
        Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə elan edib. Bütün bu müddət ərzində şirkət irimiqyaslı bazar üçün ilk noutbuk və məşhur Satellite adlı noutbuklar seriyasının istehsalçısı kimi tanınıb. Beləliklə şirkət öz noutbuk istehsalı şöbəsinin digər şirkət tərəfindən tamamilə əldə olunmasını və öz brendi altında noutbuk istehsalının dayandırmasını elan edib. Bu barədə 4pda saytı xəbər verib. 2018-ci ilin iyun ayında Toshiba Client Solution şirkətinin səhmlərinin 80.1%-i Sharp şirkəti tərəfindən əldə edilmişdi.
    Toshiba T1100 (1985-ci il):
        2019-cu ilin yanvar ayından başlayaraq şirkətin noutbukları Dynabook adlı brend atında istehsal olunurdular. Lakin bu ilin 30 iyun tarixində Toshiba-nın Sharp şirkəti tərəfindən tamamilə udulması prosesi yekunlaşdırıldı. Dynabook isə Toshiba-nın strukturuna daxil olan şirkətə çevrildi. Şirkətin verdiyi məlumata əsasən bundan sonra bazara çıxacaq bütün noutbuklar Dynabook brendi altında satılacaqlar. Toshiba-nın özü isə noutbuk istehsalı sahəsindəki fəaliyyətini dayandırır. Şirkət hansı səbəbə görə bu bazardan getdiyini açıqlamayıb. Lakin mütəxəssislərin fikirlərinə əsasən şirkət sadəcə olaraq Lenovo, HP Dell kimi digər şirkətlərin rəqabətlərinə tab gətirə bilmədi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər