main-post-cover

    'Boston Dynamics' şirkətinin yeni Atlas robotu akrobatik hərəkətlər etməyi öyrəndi (VİDEO)

    Elm & Texnologiya
    17.11.2017
    Farid Pardashunas
    Robot istehsalı sahəsində aparıcı şirkətlərdən biri olan “Boston Dynamics” özünün Atlas adlı robotunun yeni imkanlarını sərgiləyib.
    Təkmilləşdirilmiş robotun yeni imkanları arasında tullanmaq, tullanaraq fırlanmaq və arxaya salto vurmaq var. Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, bu şirkət özünün SpotMini adlı robotunun yeni modelini təqdim edib. İndi isə növbə yenilənmiş Atlas robotuna çatıb. Görünür bu robot Olimpiadaya hazırlaşır. Belə ki, Atlas tullanma hərəkətini etdikdən sonra öz əllərini gimnast kimi yuxarı qaldırır.
    Atlas robotu ilk dəfə 2015-ci ildə DARPA Robotics Challenge tədbirində təqdim olunmuşdu. Həmin vaxtda o gəzə və pilləkənlər vasitəsilə qalxa bilirdi. Daha sonra o, bir ayağı üzərində durmağı, evi təmizləməyi öyrəndi. Qeyd edək ki, bu həmin robotdur ki, bir çox videolarda şirkət əməkdaşları onu taxta vasitəsilə itələyirdilər. Görünür onlar bunu etdiklərinə peşman olacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər