Bolt taksi servisi 50 milyon avro investisiya əldə etdi
Elm & Texnologiya
16.01.2020
Farid Pardashunas
Estoniyada yaradılmış və ölkəmizdə də tanınaraq fəaliyyət göstərən Bolt taksi servisi Avropa investisya bankından 50 milyon avro dəyərində vençur krediti əldə edib. Bu barədə Rusbase saytı xəbər verib. Əldə edilmiş vəsaiti taksi servisi taksi sifarişi üzrə texnoloji platformanın, yemək daşınması, samokat icarəsi və car-sharing kimi istiqamətlərin inkişafına yönəldəcək.
Qeyd etmək lazımdır ki, Bolt taksi servisi 2013-cü ildə Estoniyanın Tallin adlı paytaxtında istifadəyə verilmişdi. İlkin olaraq servis Taxify adlanırdı. Öz məlumatlarına əsasən Bolt-dan hazırda 35 ölkədən çox regionda 30 milyondan çox insan istifadə edir. Şirkət ilə 1 milyondan çox sürücü çalışır. Keçən ilin avqust ayında şirkət həmçinin yemək daşınması sahəsinə də daxil oldu. Hal hazırda Bolt Food servisi yalnız Estoniyada, Latviyada, Litvada və Cənubi Afrikada fəaliyyət göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)