Bolqarıstanın demək olar ki, bütün vətəndaşlarının özəl məlumatları oğurlanıb

Bolqarıstanın demək olar ki, bütün vətəndaşlarının özəl məlumatları oğurlanıb

Texnologiya
22.07.2019 PAYLAŞIM

    İstifadəçilərin məlumat sızıntıları tez-tez baş verir. Hackerlər çox zaman sosial şəbəkələrin istifadəçi hesablarını və həmçinin bankların məlumat bazalarını hack edirlər. Lakin bir neçə müddət bundan öncə baş vermiş kiberhücum hadisəsi öz miqyasına görə tarixə düşə bilər. Belə ki, internetdə Avropa dövlətlərindən birinin bütün vətəndaşlarının məlumatları ortaya çıxıb. Bu barədə CNN saytına istinadən 4pda saytı xəbər verib.

    Belə ki, Bolqarıstanın personal məlumatların qorunması üzrə komissiyası vergi müfəttişliyinin məlumatlar bazasına edilmiş kiberhücum barəsində istintaqa start verildiyini bildirib. Bu kiberhücum sayəsində hackerlər 5 milyon vətəndaşın özəl məlumatlarını oğurlaya biliblər. Bolqarıstanda isə 7 milyona yaxın insan yaşayır. Dünya tarixində daha irimiqyaslı kiberhücum hadisələri baş versə də bu ilk haldır ki, bir dövlətin demək olar ki, bütün vətəndaşlarının özəl məlumatları internetdə ortaya çıxıb.

    Maraqlısı ondadır ki, 1 il bundan öncə bu cür kiberhücum hökumət saytına da reallaşdırılmışdı. Lakin həmin vaxtda bunu etmiş insanların şəxsiyyətləri təyin olunmamışdı. Məlumata əsasən bu hadisədə şübhəli bilinən 20 yaşlı şəxs artıq polis tərəfindən yaxalanıb. O, kibertəhlükəsizlik sahəsində çalışır. İstintaq çərçivəsində onun smartfonu, noutbuku və xarici yaddaş cihazları müsadirə olunub. Əgər bu şübhələr özünü doğrultsa həmin şəxsi 8 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyr.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Galaxy S11 smartfon seriyası qlobal bazarda hansı prosessor ilə satışa çıxacaq?..

Samsung şirkəti artıq bir neçə ildir ki, Snapdragon prosessorlu flaqman smartfon modellərini yalnız ..


Xiaomi Mi Mix 4 reklam posterində görüldü

 Xiaomi şirkəti satışa çıxmağa hazırlaşan məhsullarının tizerlərini təqdim etməyə başlayıb...


Huawei P40 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

Bir neçə gün bundan öncə gələn il təqdim ediləcək Huawei P40 smartfon modelinin bəzi texniki özəllik..


Nvidia-dan yeni süni zəka texnologiyası: 2D şəkillər 3D halına millisaniyələrdə ..

Nvidia şirkəti yeni süni zəka texnologiyasını təqdim etdi. Bu texnologiya vasitəsilə 2D formatlı şək..


Apple iOS 13.3 yenilənməsini yayımladı: Kritik problemlər həll oldu

Apple iOS əməliyyat sisteminin çoxdandı gözlənilən 13.3 yenilənməsini yayımladı. Bu paket ilə bir ço..


AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək

AMD sistemi 2020 etibarı ilə Radeon Boost texnologiyasını istifadəçilərə verəcək. Məqsəd daha optima..