main-post-cover

    BMW şirkəti CE04 adlı elektroskuteri təqdim edib (VİDEO) - QİYMƏTİ

    Elm & Texnologiya
    08.07.2021
    Emil Nəcəfov
        BMW şirkəti CE04 adlı elektroskuter modelini təqdim edib. Sözügedən elektroskuterin konsepti hələ 4 il bundan öncə ortaya çıxmışdı. Təqdim edilmiş elektroskuter fərqli dizayna, yaxşı sürətlənmə dinamikasına və bir dəfə şarj olunandan sonra uzun yol qətt etmə özəlliyinə sahibdir. BMW-nin verdiyi məlumata əsasən elektroskuter 42 at gücündə olan mühərrik ilə təchiz olunub və bunun sayəsində o, saatda 50 km sürəti 2.6 saniyəyə yığa bilir. Elektroskuterin maksimal sürəti isə saatda 120 km təşkil edir.
        Bununla yanaşı elektroskuter 8.9 kilovatt saat batareya həcminə sahibdir. Bunun sayəsində o, 130 km yol qətt edə bilir. Onun daha sadələşdirilmiş versiyası isə 100 km yol qətt etmə imkanına sahibdir. İstifadəçi üçün 3 səyahət rejimi təklif olunur: ECO, Rain Road. Bununla yanaşı BMW CE04 davamlılığın idarəsi və itələmə gücünün dinamik idarəsi sistemləri ilə təchiz olunub. Hərəkət sürəti, batareyada qalmış enerji səviyyəsi və digər özəlliklər barəsində məlumatlar 10.25 düym ölçülü ekranda əks olunurlar.
        Elektroskuterin komplektinə 2.3 kilovatt saat olan şarj cihazı daxildir. Məişətdə istifadə olunan enerji girişi sayəsində şarj cihazını elektroskuterə qoşaraq onu şarj etmək mümkündür. Elektroskuterin 100% enerji yığması üçün 4 saat 20 dəqiqə vaxt lazım olacaq. Alternativ olaraq daha güclü şarj cihazı əldə etmək olar. Onun sayəsində 100% enerjini 1 saat 40 dəqiqəyə yığmaq mümkündür. BMW CE04-ün standart versiyası 11.795$-a satılacaq. Onun 2022-ci ildə satışa çıxması planlaşdırılır.
    Linki kopyala