main-post-cover

    BMW iX M60 off-road modelinin elektrikli versiyasını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    06.01.2022
    Emil Nəcəfov
        BMW şirkəti CES 2022 sərgisi çərçivəsində iX M60 off-road modelinin elektrikləşdirilmiş versiyasını təqdim edib. BMW-nin sözügedən elektromobili iki ədəd elektromühərrik əldə edib və onlar ümumi olaraq 619 at gücünə sahibdirlər. Mühərriklərin maksimal fırlanma anı 1100 Nm (Nyuton metr) təşkil edir. Bir dəfə şarj olunandan sonra BMW iX M60 modeli 566 km yol qətt edə bilir. Elektromobilin batareya həcmi isə 105.2 vatt saat təşkil edir. Elektromobil saatda 100 km sürəti 3.9 saniyəyə yığır və onun maksimal sürəti saatda 250 km təşkil edir. Şirkətin verdiyi məlumata əsasən BMW iX M60 modeli 11 kilovatt-a kimi olan dəyişən cərəyan 200 kilovatt-a kimi olan sabit cərəyan vasitəsilə şarj oluna bilir.
        Məlumata əsasən 10 dəqiqəlik şarj prosesindən sonra elektromobil 150 km yol qətt edə bilir. Lakin buna nail olmaq üçün elektromobilin şarj prosesindən əvvəl enerji səviyyəsi 10%-dən aşağı olmamalıdır. Enerjinin 10%-dən 80%-ə yüksəlməsi üçün elektromobilə 35 dəqiqə vaxt lazım olur. Şirkət həmçinin elektromobil üçün yeni proqram təminatını və sürücüyə yardım sistemini hazırlamağı planlaşdırır. Elektrikli BMW iX M60-ın satışlarına bu ilin yay fəslində start veriləcək. Onun Böyük Britaniyada qiyməti 111.905 funt sterlinqdən başlayacaq.
    Linki kopyala