BMW istehsalı olan Virgin Hyperloop 1200 km/saat sürətlə Dubayda fəaliyyət göstərəcək
Elm & Texnologiya
02.05.2018
Nijat Hamid
Hyperloop qatarlar gələcəyin ən sürətli nəqliyyat texnologiyalarından 1-idir. Belə ki, Virgin Hyperloop adı verilən qatar 2020-ci ildə fəaliyyətə başlayacaq və Dubay-dan Abu Dabi-yə 12 dəqiqə ərzində sərnişinləri çatdıracaq. Ən önəmli detal isə, Virgin Hyperloop BMW şirkəti tərəfindən dizayn ediləcək və deyilənə görə Premium-Vip seqmentdə olacaq.
1200 km/saat sürətilə hərəkət edəcək Virgin Hyperloop saat başına 10.000-dən çox sərnişin daşıyacağı planlanır.
2 fərqli seçimi olan Virgin Hyperloop Qızıl və Gümüş olaraq ayrılacaq. Qızıl seqmentində 5 nəfər aparıla bilərkən, Gümüş seqmentində 14 nəfərlik yer olacaq. Qeyd edək ki, ilk öncə Elon Musk tərəfindən ortaya atılan bu fikir sonralar digər ixtiraçılar tərəfindən müsbət qarşılandı və hal-hazırda təkminləşdirmə səviyyəsi artır. Mənbələrə verilən məlumatlara görə 500 metr məsafəni problemsiz şəkildə qət edən Virgin Hyperloop 5 saniyə ərzində 302 km/saat-ə qədər sürətə çata bilir. Əgər planlandığı kimi 2020-ci ildə tətbiq edilərsə, artıq maşınların və normal qatarların dövrü artıq bitmiş hesab ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)