main-post-cover

    Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasını uğurla reallaşdırıb (VİDEO)

    Elm & Texnologiya
    13.10.2021
    Farid Pardashunas
        Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş missiyasını reallaşdırıb. NS-18 adlı reallaşdırılmış uçuş missiyası çərçivəsində “Star Trek” serialında Captain Kirk obrazını canlandırmış məşhur kanadalı aktyor William Shatner digər 3 nəfər kosmik turist ilə birlikdə təqribi olaraq 105 km hündürlüyə qalxıb. Daha sonra sərnişin kapsulu uğurla atmosferə geri dönüş edərək uğurlu enişi reallaşdırıb. Uçuş missiyası ümumilikdə 11 dəqiqə çəkib.
        2 dəqiqədən bir qədər az müddət ərzində bir pilləli raket şaquli istiqamətdə sürətlənmə prosesində olub və daha sonra sərnişin kapsulu sürətləndirici raketdən ayrılaraq ətalət üzrə hərəkətini davam etdirib. Nəticədə sərnişin kapsulu 105 km hündürlüyə qalxa bilib. Növbəti mərhələdə sərnişinlər 3 dəqiqə ərzində çəkisizlik vəziyyətində olublar. Daha sonra sərnişin kapsulu eniş etməyə başlayıb və paraşüt sistemi sayəsində uğurla Yer kürəsinin səthinə enişi yekunlaşdırıb.
        Qeyd etmək lazımdır ki, sürətləndiciri raket startdan 7 dəqiqə sonra start meydançasından 3 km uzaqlıqda uğurla enişini reallaşdırıb. Tormozlanma üçün raket əsas mühərrikindən istifadə edib. NS-18 adlı bu uçuş missiyası 90 yaşlı William Shatner-ə indiyənə kimi kosmik mühitdə olmuş ən yaşlı astronavt statusunu qazandırıb. Qeyd etmək lazımdır ki, uçuş missiyasında William Shatner-dən əlavə olaraq Blue Origin şirkətinin vitse-prezidenti Audrey Powers, NASA-nın keçmiş mühəndisi və Planet Labs şirkətinin təsisçisi Chris Boshuizen Medidata şirkətinin həmtəsisçisi Glen de Vries iştirak ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər