Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yerini 28 milyon dollara satıb
Elm & Texnologiya
14.06.2021
Emil Nəcəfov
Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 milyon dollara sata bilib. Bu barədə Engadget saytı xəbər verib. Əlavə sərnişin üçün nəzərdə tutulmuş yer şirkət tərəfindən keçirilmiş online hərrac çərçivəsində satılıb. Blue Origin-in verdiyi məlumata əsasən online hərracda iştirak üçün bütün dünyadan 7600 nəfər insan qeydiyyatdan keçib. Yaxın həftələr ərzində şirkət sözügedən sərnişin yerini əldə etmiş şəxsin adını açıqlamayacaq. Məlumdur ki, həmin şəxs 20 iyul tarixində Jeff Bezos ilə birlikdə kosmosa ilk turistik uçuşu reallaşdıracaq.
Məlumatda qeyd edilib ki, uçuş üçün olan əlavə sərnişin yerinin qiymətinə həmçinin dünyanın ən nüfuzlu şəxslərindən biri ilə bu uçuşun reallaşdırılması özəlliyi də təsir edib. Qeyd etmək lazımdır ki, ilk turistik kosmik uçuş missiyası Blue Origin-in New Shepard adlı kosmik gəmisi vasitəsilə reallaşdırılacaq. Bu kosmik gəmi suborbital uçuşlar üçün nəzərdə tutulub. Şirkət tərəfindən əldə olunacaq 28 milyon dollar isə Club for the Future adlı fərdi fonda yönləndiriləcək. Bu fond gənc nəslin STEM və kosmos sahələrində (Science, Technology, Engineering and Mathematics) karyera qura bilməsi üzrə yardımçı olur.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!