main-post-cover

    Bloomberg: Samsung şirkəti Galaxy Fold'un bütün problemlərini aradan qaldırıb

    Elm & Texnologiya
    03.07.2019
    Farid Pardashunas
        Samsung şirkətinin qatlana bilən Galaxy Fold smartfon modelinin satışının təxirə salınmasından sonra şirkətin mobil şöbəsnin rəhbəri D.J. Koh bu smartfonun hazırlanması zamanı gözdən qaçmış nüanslara görə üzr istəmişdi. Qatlana bilən Galaxy Fold modelinin hətta təqribi satış tarixi barəsində də məlumat yoxdur. Lakin kütləvi informasiya vasitələrinin qeyd etdiklərinə görə Galaxy Fold-u çox gözləməyə ehtiyac qalmayacaq. Bu barədə Bloomberg saytına istinadən 4pda saytı xəbər verib.
        Smartfon istehsalına yaxın mənbələrə istinadən Bloomberg saytı xəbər verib ki, şirkət Galaxy Fold-da olan bütün problemləri artıq aradan qaldırıb. Jurnalistlərin məlumatlarına əsasən Samsung şirkəti Galaxy Fold-un istehsalı üçün Vyetnamdakı zavoda ekranlar və batareyalar da daxil olmaqla lazım olan digər komponentləri yaxın zamanda təqdim edəcək. Yenilənmiş Galaxy Fold-u ilkin versiyadan fərqləndirən əsas özəllik isə təkmilləşdirilmiş şarnir konstruksiyası olacaq.
        Şarnir smartfon səthində gözlə görünməyəcək şəkildə yerləşdiriləcək. Beləliklə o, ekran səthini uzadaraq qatlanma hissəsində boşluğun əmələ gəlməsinin qarşısını alacaq. Ekranın qoruyucu örtüyü isə smartfon çərçivələrinin alt hissəsinə yerləşdirilərək ekranın əlavə təhlükəsizliyini təmin edəcək. Məlumata əsasən şirkət çətin ki, qatlana bilən Galaxy Fold-un yeni satış tarixini 7 avqust tarixində keçiriləcək Samsung Unpacked tədbirində açıqlasın. Çox güman ki, Galaxy Fold bir qədər sonra satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər