main-post-cover

    Bitcoin mayninqi daha çox enerji tələb edən və daha baha başa gələn işə çevrilib

    Elm & Texnologiya
    11.10.2022
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən bitcoin mayninqi daha da qəlizləşib. Məlumatda qeyd edilib ki, dünyanın ən məşhur kriptovalyutasının mayninqinin qəlizlik səviyyəsi 13.55% yüksəlib. Bu isə o deməkdir ki, 1 bitcoin mayninq etmək üçün daha çox enerji, zaman və güc lazımdır. Analitiklər bitcoin mayninqinin qəlizləşməsini ethereumun proof-of-stake protokoluna keçidi və digər 2 səbəb ilə əlaqələndirirlər. Ethereum şəbəkəsinin proof-of-stake protokoluna keçid etməsi nəticəsində ethereumun ənənəvi üsul ilə mayninq olunması qeyri-mümkün olub. Buna görə də ethereum mayninqindən azad olmuş minlərlə təchizat bitccoin mayninqinə başlayıb.
        Analitiklərin sözlərinə əsasən məhz bu, bitcoin mayninqinin qəlizləşməsinə səbəb olmuş ola bilər. Digər səbəblər kimi mütəxəssislər bitcoinin qiymətinin düşməsini və elektrik enerjisinin qiymətinin yüksəlməsini qeyd ediblər. Bitcoin mayninqi üzrə çətinliklərlə təkcə həvəskar maynerlər qarşılaşmayıblar. Məsələn Britaniyanın Argo Blockchain adlı mayninq ferması bitcoin qiymətinin aşağı düşməsi səbəbilə yaranmış maliyyə problemlərinin həll olunması üçün investorlara müraciət edib. Computer North adlı mayninq ferması isə ümumiyyətlə iflas edib. Bitcoin mayninqinin qəlizləşməsi xəbərinin fonunda ən məşhur kriptovalyutanın qiyməti 5% aşağı düşüb. Lakin bir neçə saat sonra o, əvvəlki qiymətinə geri qayıdıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər