main-post-cover

    Bitcoin fırıldaqçılıqdırmı?

    Elm & Texnologiya
    14.09.2017
    Orxan Jafarli
    ABŞ mərkəzli JP Morgan müdiri Jamie Dimon, Bitcoin kimi digital pul vahidlərinin fırıldaqçılıq olduğunu və axır əvvəl dövrlərinin sona çataçağı mövzusundakı şərhləri diqqət çəkdi.
    Xüsusilə son zamanlarda, Bitcoin kimi digital pul vahidləri həm texnologiya həm də iqtisadiyyat dünyasının dilindən düşmür. Son olaraq, JP Morgan müdiri Jamie Dimon tərəfindən digital pulların yalnız narkotik qaçaqmalçıların, qatillərin və Şimali Koreya kimi yerlərdə yaşayanların istifadəsi üçün uyğun olduğunu söyləməsi isə ortalığı qarışdırdı.
    ABŞ-ın ən böyük bankı JP Morganın başındakı ad olan Jamie Dimon, digital pul vahidlərinin işə yaramayacağını ifadə edir.
    Venesuela, Ekvador və ya Şimali Koreyada olanların ya da narkotik taciri, qatil ya da bunun kimi işlərlərlə məşğul olanların Amerikan dolları yerinə Bitcoini seçim etmələrinin normal olduğunu söyləyəcək qədər iddialı olan Dimon, digital pul üçün bir bazar olduğunu ancaq  bu bazarın çox məhdud olduğunu ifadə edir.
    Maliyyə böhranın ardından ortaya çıxan virtual bir pul vahidi olan Bitcoin, insanların bankları və ənənəvi ödəmə müddətlərini keçərək məhsul və xidmətlər üçün ödəmə etmələrini təmin edir. Banklar və digər maliyyə qurumları bu virtual pulların çirkli pulların yuyulması və onlayn cinayətlərlə əlaqəli olduğunu dərk edirlər. Bəzi hökumətlər xaricində digital pul vahidləri də qəbul görmüş deyil.
    Bitcoin investesiya edənlərin böyük zərər edəcəyini söyləyən Jamie Dimon, bu digital pulu 1600-cü illərdəki məşhur bazar şarına bənzətmənin yanında fırıldaqçılıq olaraq xarakterizə edir. Dimonun izahından sonra Bitcoin dəyərində bir dalğalanma olduğunu və azalmanın qeyd edildiyini bildirək.
    Bitcoin, dekabr ayından bu yana dəyərini qatlayaraq ötən ay 4700 dollar səviyyəsinə qədər çatmışdı. Şərhlər sonrası isə bu dəyərdə 4000 dollara qədər azalma yaşandı.
    Linki kopyala