main-post-cover

    Birləşmiş Ərəb Əmirliklərində süni zəka üzrə dünyanın ilk naziri təyin olundu

    Elm & Texnologiya
    23.10.2017
    Emil Nəcəfov
    Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) süni zəka üzrə dünyanın ilk nazirini təyin etdilər.
    Bu vəzifəyə təyin olunmuş 27 yaşlı Omar Olama-nın öhdəliyinə sözügedən ölkəni süni zəka inqilabına qarşı dünyanın ən hazırlıqlı ölkəsi etmək düşür. Bu vəzifənin yaradılması və ona Omar-ın təyin olunması haqqında xəbəri BƏƏ-nin baş naziri Mohammed Maktoum verib.
    “Biz, BƏƏ-nin süni zəkaya ən hazırlıqlı ölkə olmasını istəyirik” – deyə Mohammed Maktoum bildirib.
    Baş nazir həmçinin onu da qeyd edib ki, süni zəka hal hazırda olan bir çox peşələri lazımsız edəcək. Buna görə də sakinlər artıq indidən bunu nəzərə almalıdırlar. Baş nazir qeyd edib ki, sakinlər üçün indidən lazımi peşələrin portfoliosu qurulur. Bunun sayəsində süni zəkanın vaxtında onlara yenə də tələbat olacaq. Sakinlərin təlim alması və öyrədilməsi ilk öncə bu portfoliodakı peşələrə əsasən aparılacaq. Qeyd etmək lazımdır ki, BƏƏ çoxdandır ki, irimiqyaslı şəkildə süni zəkanın sistemə yeridilməsinə start verib. Bir neçə müddət bundan öncə bu cür texnologiyanın dövlət idarəetməsinin müxtəlif sahələrinə inteqrasiya olunması barədə xüsusi strateji qərar qəbul olunmuşdu.

    Beləliklə onlar süni zəkadan istifadə edərək hökümət servislərinin iş effektivliyini və sürətini yüksəldəcəklər. Alqoritmlər sayəsində yol-hərəkət hadisələrinin və bu hadisələr zamanı ölüm saylarının azaldılması planlaşdırılır. Tibb və səhiyyə isə süni zəkanın olduğu servislərdə çalışacaqlar. Onlar müxtəlif xəstəlikləri proqnozlaşdıracaq, epidemiya və xroniki xəstəliklərin yayılması riskini minimuma endirəcəklər. Bu siyahıya həmçinin kosmik sənaye, enerji paylanmasının intellektual idarəetməsi və s. sahələr daxildir.
    Nəzəri cəhətdən hökümət süni zəkanı istənilən dövlət fəaliyyəti sahələrində görmək istəyir. Məhz bunun üçün Smart Dubai OfficeSmart Government Establishment xüsusi laboratoriyanı işə salıblar. Həmin laboratoriyada yeni növ təşəbbüslərin yaradılması üçün 200 nəfər insan təlimat alacaq. Laboratoriya gələcəyə doğru irəliləmək üçün dövlət orqanlarının işinə yenidən baxmağa və gündəlik həyata süni zəkanın inteqrasiya olunmasına yardımçı olacaq. Süni zəka böyük həcmdə olan məlumatları analiz edə bilir. Məmurların fikrincə bunun sayəsində insanlar səhvlərə yol verəməyəcək və daha düzgün qərarları qəbul edə biləcəklər.
    Linki kopyala