main-post-cover

    Bir neçə gün bundan öncəki düşüşdən sonra Bitcoinin qiyməti yenidən yüksələrək yeni rekorda imza atdı

    05.12.2017
    Farid Pardashunas
    Bugün günorta vaxtı kapitalizasiyasına görə ən böyük kriptovalyuta olan bitcoinin qiyməti 12.000$-ı keçdi.
    Birja məlumatları buna bariz nümunədir. Coinmarketcap saytında bitcoinin orta birja göstəricilərinə əsasən bu kriptovalyuta yeni rekorda imza atıb. Bir sutka ərzində onun dəyəri 6% artıb. Bitcoinlə yanaşı həmçinin digər məşhur kriptovalyutaların da qiyməti yüksəlir. Qeyd etmək lazımdır ki, bitcoinin qiyməti heç də bütün birjalarda 12.000$-ı keçməyib. Məsələn, Poloniex adlı birjada onun qiyməti 11.800$ təşkil edib.  Coinmarketcap-ın göstəriciləri əsasən həmçinin Cənubi Koreya birjalarının göstəricilərini də özündə birləşdirir. Bir çox Cənubi Koreya birjalarında isə bitcoinin dəyəri digər birjalardakından qat-qat yüksək olur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər