main-post-cover

    Bir Google servisi daha bağlanır: Cloud Print

    Elm & Texnologiya
    25.11.2019
    Nijat Hamid
            Yüzlərlə servisi və xidməti olan Google-un hər proyekti uğurlu olunmur. Bunlara goo.gl, Google+ kimi proyektləri misal göstərmək olar. Bu səfər isə başqa bir servisi üçün texniki dəstəyin kəsilmə tarixi bildirildi. Google tərəfindən hazırlanan Cloud Print servisi ağıllı olmayan printerləri şəbəkə üzərindən istifadə edən bir proyekt idi. İstifadəçilərə göndərilən E-maillərə görə isə Google 31 Dekabr 2020-ci ildə bu servisin texniki dəstəyini sonlandıracaq. 

    Google Cloud Print, Android cihaz və Chrome brauzeri üzərindən istifadə edilərək printerləri idarə etməyə yarayan bir servisdir.

            Twitter üzərindən onlara gələn mailləri paylaşan istifadəçilər əslində bu servisin çox yararlı olduğunu və işlətdiklərini vurğulayırlar. Gələn maildə Google tərəfindən servisin niyə bağlanılması ilə əlaqəli bir məlumat verilməyib, lakin 1 il əvvəlcədən istifadəçilərə xəbərdarlıq edilməsi çox güman ki, istifadəçi sayının çox olması ilə əlaqəlidir. Bu haqda mail G-Suite istifadə edən istifadəçilərə göndərilərək xəbər verildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər