Bədənində 102 ədəd iPhone-nu gömrükdən keçirtmək istəyən qadın yaxalandı
19.07.2017
Farid Pardashunas
“Apple” məhsullarının qeyri-leqal şəkildə daşınması kimi xəbərlər artıq təəccüblü deyil.
Hər il yeni iPhone modelinin satışa çıxdığı gün, çoxlu sayda
mağaza və alıcılar sözügedən cihazı baha qiymətə satmaq üçün külli miqdarda
iPhone-u qeyri-leqal şəkildə daşıyırlar. Lakin bəzən bu cür hallar absurd vəziyyətlərə
kimi çatır. Bir neçə gün bundan öncə Şençjen şəhərinin gömrüyündə cavan çinli
qadın yaxalandı. Belə ki, gömrük əməkdaşlarını təəccübləndirən, yetərincə arıq
olan qadının üzərində qabarmalara sahib böyük paltarın olması idi. Metal
aşkaredici cihazdan keçəndən sonra hər şey məlum olub. Belə ki, qızın üzərində
102 ədəd müxtəlif modeldə iPhone cihazları və 15 ədəd premium səviyyəli Tissot
saatları olub. Bütün bu cihazlar onun bədəninə bərkidilmişdi. Sözügedən bütün
cihazların ümumi çəkisi isə 20 kq olub. Honkonqdan bu cihazları Çinə keçirtmək
anlaşılandır. Məsələ burasındadır ki, Honkonqda “Apple” cihazları ucuz qiymətə
satılır. Beləliklə dələduzlar onları külli miqdarda alıb daha sonra Çində baha
qiymətə satırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)