main-post-cover

    Bang & Olufsen - almadan, mütləq izlə | Beoplay EX, Beloit 20, Besound A1 icmal

    Elm & Texnologiya
    15.03.2023
    Farid Pardashunas
        Dostlar salam və hər zamankı kimi hər vaxtınız xeyir olsun. Bugün sizə çox maraqlı və bir o qədər də premium bir brendin məhsullarını gətirmişəm və onlar haqqında mənim ilk video icmalım olacaq. Brend həqiqətən premium və dəbdəbəlidir, bəlkə də bir çoxlarınızın onun haqqında məlumatı var. Söhbət Danimarka brendi olan Bang & Olufsen-dən gedir. Brendin tarixi çox genişdir, yaranması 1925-ci ilə dayanır və adını da qurucuları olan Peter BangSvend Olufsen-in soyadından alır. Bu brend əsasən səs ucaldıcı, qulaqlıq və səs sistemləri ilə məşhurdur və qiymətinə görə də əsas önə çıxan detalları həmişə premium dizaynda olması və yüksək keyfiyyəti ilə bazarda digər istehsalçılardan fərqlənməsidir. Bu arada qeyd edim ki, brendin məhsullarının Azərbaycanda rəsmi satışı mövcuddur.
        Biz bugün nə haqqında danışacağıq, sizlərə göstərim. Çalışdım bir neçə maraqlı cihazı seçim. İlk olaraq bəlkə də Azərbaycanda satılan bəlkə də ən dəbdəbəli və premium naqilsiz qulaqlıq olan Bang & Olufsen Beoplay EX, daşınıla bilən və suya davamlı portativ Bluetooth səsucaldıcı Besound A1 2-ci nəsil və son olaraq evdə, ofisdə istifadə edə biləcəyimiz daha böyük və keyfiyyətli olan Beolit 20 Bluetooth spiker. Gəlin elə ən maraqlı hissədən - cihazların Azərbaycanda satış qiymətlərindən başlayaq. müvafiq olaraq Beoplay EX Azərbaycanda 959, Besound A1 2-ci nəsil 479 manata və sonda Beolit 20 1160 manata satılır. Əslində bu tipli cihaları icmalda test eləmək çətin olur, tam olaraq səs keyfiyyətini videodan ötürmək olmur amma mən çalışacam ki, bütün detallar haqqında danışım. Gəlin, Beoplay EX-dən başlayaq.
        Beoplay EX naqilsiz qulaqlıqdır. Bütün platformaları - Android, iOS HarmonyOS-i dəstkləsə də qutu üzərində iPhone, iPad uyumlu olduğu göstərilib. Qutudan enerji keysi daxilində qulaqlıqların özü, qulaq ölçülərinə uyğun başlıqlar və enerji təminatı üçün kabel çıxır. Bir tərəfi Type-C, bir tərəfi Type-A. Bu cihazı premium edən təbii ki, ilk olaraq onun dizaynıdır. Qulaqlıqlar çox erqonomik və yüngüldür, hər birinin çəkisi 6 qramdır. Material olaraq isə detallar aliminum, sıxlaşdırılmış şüşə, polimyer və silikondan hazırlanıb. 3 xüsusi rəngi var: qara, oksigen və qızılı. Mən bu oksigen rəngini çox bəyəndim. Qulaqlıqların başlığnda rezin var və bunun sayəsində qulağa tam daxil ola bilir.
        Biz əslində buna passiv küy azaltma deyirik yəni texnologiya ilə yox qulağı tam tutmaqla kənardan gələn səsləri azaldır amma cihazda bunun aktiv olanı da var, az sonra detallı danışacam. Çəkisi və rahatlığına görə bu qulaqlığı həm biznes, həm idman həm yürüyüş həm də gündəlik aktivliklər üçün rahat istifadə eləmək olar. Qulağa tam oturur və hərkətli vəziyyətlərdə sürüşüb, düşümür. Bunu şəxsən test eləmişəm. Mənim qulaq dəliklərim balacadır, çox nadir hallarda bu tip qulaqlıqları saxlayır amma başlıqlardan XS olanı tam qulağımı tuta bildi. Duruşu, rahatlığı, uzun müddət istifadə edəndə incitməməsi bəyəndiyim detal oldu. Qulaqlıqlarda IP sertifaktı var. IP57-dən istifadə edir. Bu da o deməkdir ki, yağışa və tər damcılarına qarşı davamlıdır yəni rahat istifadə edə bilərsiniz yağışlı havada. Amma bu IP sertifikatı ilə 1M dərinlikdə 30 dəqiqə də qalmaq mümkündür. Hər halda girəndə qulaqlıq çıxıb, itə də bilər. Buna görə məsləhət deyil qulaqlıqla suya girmək.
        Cihazı smartfona quraşdırmaq üçün Bang & Olufsen tətbiqini yükləmək lazımdır. Mən iPhone 14 Pro Max ilə “pair” elədim və çox rahat bağlandı, eyni zamanda multi cihaz dəstəklidir. Yəni eyni anda iki cihaza qoşula bilir. Tətbiqdə bir çox imkanlar var. Tək bəyənmədiyim cəhəti tətbiq vasitəsilə qulaqlıq üzərində toxunuşla olan əmrlərin tənzimlənə bilməməsi oldu. Burada 3 rejim var. Aktiv küy azaltmanı aktiv edəndə demək olar ki, kənar səslər ilə əlaqə tam kəsilir və 9,2 mm-lik dinamiklər ilə çox gözəl musiqi zövqü yaşamaq olur. Qeyd edim ki, bu qulaqlıqlarda həm aktiv həm də başlıqlar sayəsində passiv küy azaltma var və çox qəşəng çalışır. “Transparecy mode” xüsusiyyətini həmişə izah etmişəm. Bu rejim kənardan gələn lazım olan səsləri içəri buraxır amma küyü azladır. Yəni təyyarədə gedəndə təyyarənin uğultusunu eşitmirsiniz amma yanınızda olan adamla rahat söhbət edə bilərsiniz. Onun səsi gələcək. 3-cü rejimi isə neytral rejimdir. Əlavə olaraq tətbiqdən qulaq asdığınız səsə uyğun rejimlər də seçə bilərsiniz, bir neçə rejim mövcuddur. 
        Qulaqlıqlar üzərində 6 ədəd mikrofon var. Bunun sayəsində çox yaxşı səs ötürmə imkanı verir. Hal-hazırda bu səsi Bang & Olufsen-nin qulaqlığından eşidirsiniz. “First Class” səs keyfiyyəti deyir “Bang and Olufsen” buna. Qulaqlığın sıxlaşdırılmış şüşədən hazırlanmış bu hissəsələri toxunuşa həssasdır. Yəni smartfona keçid eləmədən toxunuşla idarəteməni həyata keçirmək olur. Sağ-sol qulaqlıqlar ayrılıqda toxunuşla fərqli işlər görürlər. Səs artırma, səsi dayandırma və davam etmə, zənglərə cavab vermə və söndürmək imkanları sağ qulaqlığın üzərinə toxunmaqla icra edilir. Sol tərəfdə isə rejimləri dəyişmək, səsi azaltmaq olur. 
        Enerji üçün olan keys aliminumdan hazırlanıb və çox premium təsürat yaşadır. Qutunun batareya tutumu 380 mAh saatdır. Qulaqlıqlarda isə hərəsində 70 mAh saat olmaqla batareya var. Bu göstəricilər ilə “Aktiv Küy Azaltma” açıq olduqda qulaqlıqlar qutusuna girmədən 6 saat, keysi ilə birlikdə 20 saat kəsintisiz musiqi dinləmə imkanı verir. “Aktiv Küy Azaltma” bağlı olduğu halda isə 8 saat, qutu ilə birlikdə 28 saat enerji saxlaya bilir. Qutunun tam enerji ilə dolması üçün 1 saat 45 dəqiqə zaman lazımdır. Naqilsiz enerji yığmanı da dəstəkləyir. Maksiumum 15 watt-lıq bir adapter ilə şarj olunmasını məsləhət görürlər.
        Digər cihazımız Bluetooth səsucaldıcıdır. Besound A1 2-ci nəsil. Bu cihazı unikal edən əsas detal çox rahat daşınıla bilən olması və bu cür ikonik görüntüsüdür. Çəkisi 558 qramdır. Çox möhtəşəm və material dizaynı canlandıran rəng seçimləri mövcuddur. Üzərində 6 ədəd basıla bilən yumşaq düymə var. Bizim bazarda satış qiyməti 479 manatdır. Bluetooth 5.1 ilə cihazınıza bağlanır və bu da qulaqlıq kimi multi cihaz dəstəklidir. 2 cihaza rahat qoşmaq olur. Deyək ki, səfərə gedirsiniz yaxud istirahət etmək üçün kənara çıxırsınız, bu cihazı rahat daşıyıb çox yaxşı musiqili atmosfer yaratmaq olar. Premium görüntünün əsas elementlərindən biri də gövdənin keyfiyyətli aliminum materialdan hazırlanmasıdır. Və bu gövdə IP67 su və tozdan qorunma sertifikatına da sahibdir. Bu da o deməkdir ki, bu spikeri hovuz başında, səhrada qumda, qarda və ən çətin şəraiti olan ərazilərdə rahatlıqla istifadə edə bilərsiniz.
        Çox yaxşı səs keyfiyyəti var və özünüz hazırda eşidirsiniz. Müqayisəli şəkildə göstərim və mikrofon həssaslığında özünüz baxın. Bu iPhone 14 Pro Max-ın spikerindən gələn maksimum səsdir. Bu isə Besound A1-dən. Səs yüksəkliyi maksiumum 92dB-dir və Bass qabiliyyəti 62dB-dir.  5-30 kv metrlik otaqlar üçün nəzərdə tutulub. İçərisində 30 watt-lıq 2 ədəd D tipli Amplifier var, yəni səs gücləndirici. Bu gücləndirici də aşağı tezlikli səslər ümün 3.5 inçlik woofer-i yəni bas dinamikini yüksək tezlikli səslər üçün isə 1 ədəd Tweeter-i təmin edir.  Tam dolu batareya ilə normal səs səviyyəsində düz 18 saat dayanmadan çalışa bilir.
        Bunun üçün ona 3000 mAh-lıq batareya kömək olur və bu batareya da 15 watt-lıq bir başlıq ilə 2.75 saata dolur. Mən düşünürəm ki, Bang and Olufsen həm Beoplay EX-də həm də Besound A1-də daha sürətli enerji yığmadan istifadə etsə, lap yaxşı olardı. Səsucaldıcının üzərində 3 ədəd mikrofon da var. Bunun sayəsində bu spiker ilə rahatlıqla onlayn danışıqları həyata keçirmək və onlayn konfrans ab-havasını yaratmaq da olur. Hazırda bu səsi məhz qarşımda olanyilə yazıram. Səs keyfiyyətini özünüz dəyərləndirin. Əlavə olaraq Alexa dəstəkli olduğu üçün bu mikrofonlarla səsli əmrlər verib, ağıılı evi idarə etmək olar. Ümumi olaraq bu cihazda bəyəndiyim ən gözəl detal ikonik görüntüsünün olmasıdır.
        Üçüncü cihaz Bang and Olufsen-dən daha böyük spiker yəni səs ucaldanıdır. Yenə unikal və ikonik bir Bluetooth spiker görürük. Beolit 20 modelidir. Daha çox klassik görünüşə malik bir gövdəyə sahibdir. 2.7 kg ağırlığındadır. Premiumluq görüntüsünə aliminum gövdəsi gözəllik qatıb. Üzərində 5 ədəd fiziki düyməsi mövcuddur və Bluetooth vasitəsilə Bang and Olufsen tətbiqindən mobil cihazınıza bağlana bilir. Bu model daha yüksək səs həvəskarları üçündür. Daha böyük evi, ofisi olanlar üçün yaxşı seçim kimi görünür. 10-50 kv metr ölçüsündə olan otaqlar üçün idealdır. Maksimum səs səviyyəsi 93Db, bass qabiliyyəti isə 77dB-dir.
        İçərisində 2 ədəd 35 watt-lıq gücləndirici. Əlavə olaraq səs ucaldıcının daxilində 3 ədəd 1.5 düyümlük tam diapazonlu dinamik, 5.5 düyümlük bass üçün woofer dinamiki və 2 ədəd 4 düyümlük passiv bass radiatorları var. Gəlin birlikdə test edək.  Qutusundan adapter başlığı, USB kabeli və səs ucaldıcının özü çıxır. Naqilsiz formada çalışır və 3200 mAh saatlıq batareya həcmi var. Bu batareya 3 saata dolur və 45 wattlıq güc vermək məsləhətdir. Üst hissəsi naqilsiz enerji ötürmək üşün pad rolunu oynayır. Bura cihazınızı qoymaqla şarj edə bilərsiniz. Normal istifadədə naqilsiz formada tam dolu batareya ilə 8 saat dayanmadan musiqi oxuda bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər