main-post-cover

    Bağlanmış Netflix hesabları sahiblərindən xəbərsiz təkrar açılır

    Elm & Texnologiya
    29.11.2019
    Nijat Hamid
            Son zamanlarda istifadəçilər Netflix hesabları ilə bağlı şikayətlər edirlər. Dediklərinə görə aylar əvvəl bağlanılan hesablar istifadəçilərin xəbəri olmadan təkrar açılıb. Və bu səbəbdən kartlarından hər ay müəyyən pullar çıxarılıb. BBC Radio kanalında veriliş zamanı bildirilən məlumatlara görə bunu edən hesab oğruları insanlara maddi olaraq zərərlər vurub. 

    Zərər çəkənlərdən biri olan Emily Keen bildirir ki, kart hesabıdan 3 dəfə Netflix ödənişi çəkilib və öz hesabına giriş etmək istəyəndə isə girə bilmədiyini bildirib.

               Bunun üzərinə Netflix müştəri xidmətlərilə əlaqəyə keçən Emily hesabından çıxan pulun bir qismini ala bilib. Bu xəbərdən sonra Twitter üzərindən başqa insanlar da eyni hal ilə rastlaşdıqlarını yazdılar. Bu üsul ilə yenidən açılan hesablar eBay üzərindən 3 Sterlinq qiymətə satıldığı aşkarlandı. eBay rəsmiləri bildirir ki, bu tip satış edən satıcılar platformadan blok olunacaq və satışların qarşısı alınacaq. 
    Linki kopyala