main-post-cover

    Azərbaycanda Blockchain üzrə Hackathon keçiriləcək - Blockchain Hackathon Baku 2019

    06.03.2019
    Farid Pardashunas
        8-10 Mart 2019 tarixlərində Azərbaycanın ilk mobil operatoru Bakcell, İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi və Waves Platformasının dəstəyi ilə Azərbaycanda ilk dəfə Blockchain Hackathon keçiriləcək.
        Hackathonun əsas məqsədi yerli startap və developerlərə Blockchain texnologiyasını daha yaxından tanış etməklə, öz layihələrində tətbiq etmələri üçün həvəsləndirməkdir. Hackathon iştirakçılarına Waves Platformasının Blockchain həllərindən istifadə edərək, müxtəlif tapşırıqları yerinə yetirmək tələb olunacaq. Əsasən üç istiqamət üzrə tapşırıqlar olacaq ki;
    – Elektron ticarətdə ödəmə həlləri
    – Loyallıq proqramı üçün həllər
    – Sənəd dövriyyəsi mövzusunda həllər.
        Hackathon jürisi həm yerli, həm də xarici münsiflər tərəfindən təşkil olunacaq. Hackathonun ümümi mükafat fondu 500 WAVES və digər hədiyyələr təşkil edəcək. Blockchain Hackhatonda istənilən maraqlı şəxs iştirak edə bilər. Qeydiyyat üçün: bhb.innoland.az – saytında qeydiyyatdan keçmək tələb olunur.
    Linki kopyala