main-post-cover

    Avropada IPv4 adresləri limitə çatdı: İP adreslər İPv6-a keçirilir

    Elm & Texnologiya
    27.11.2019
    Nijat Hamid
            İnternetdən istifadə edərkən hər bir istifadəçiyə provayder tərəfindən İP kod verilir və bu kodlar İPv4 protokollarından istifadə edir, ona uyğun şifrələnir. Lakin Avropada artıq İPv4 protokolu öz limitə çatdı. Belə ki, RIPE şəbəkə koordinasiya mərkəzi İPv4 adreslər üçün sonuncu blokları da aktivləşdirdi. İPv4 adreslərinin tükənməsi istifadəçilər üçün müxtəlif səbəblərə yol aça biləcəyi üçün şirkət artıq Provayderlərin İPv6 adreslərə keçməsini məsləhət görür. 

    Avropa və Orta Asiyada 76 ölkənin İp adreslərlə təmin olunmasını həyata keçirən RİPE şirkəti bildirir ki, dünya üzərində sadəcə 4,2 milyard İPv4 adresi var.

            RİPE şirkəti deyir ki, hələki geri göndərilən İPv4 adresləri istifadəyə yararlı vəziyyətdə tutacaq, lakin bu say 100 min civarında olacağı üçün tələb olunan milyonluq tələbatı qarşılaya bilməyəcək. 2012-ci ildə İANA şirkətindən alınan sonuncu İPv4 adreslər artıq tükənməyə başlayıb. RİPE şirkətinin rəsmiləri deyir ki, artıq İPv6-a keçməyin vaxtıdır. İPv6 protokolu İPv4-dən fərqli olaraq 32 bit şifrələmə yerinə 128 bit şifrələmə istifadə etdiyi üçün 340 trilyon fərqli İP adresi mövcud ola bilər. Hal-hazırda modem və routerlərimizdə olan İPv6 dəstəyinin müəyyən vaxtdan sonra aktivləşməsi  artıq mümkündür.
    Linki kopyala